Azərbaycan filminin beynəlxalq uğuru – FOTO
Bizi izləyin

Tabloid.az

Azərbaycan filminin beynəlxalq uğuru – FOTO

Gənc rejissor Ayşad Səfərəliyevin “İnikas” filmi IV “Qırğızıstan qısametrajlı filmlər ölkəsi” beynəlxalq film festivalında münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb.


Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından Publika.az-a bildirilib ki, “İnikas” filmi festivala göndərilən 300 qısametrajlı ekran əsəri arasından seçilərək, beynəlxalq müsabiqə proqramında yarışmağa vəsiqə qazanan 13 filmdən biridir.


“İnikas” S.Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinin tələbəsi, həmyerlimiz Ayşad Səfərəliyevin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan diplom işidir.


Qısametrajlı bədii film SSRİ dövründə Ağdam şəhərində yaşayan azərbaycanlı ailənin başına gələn mistik hadisədən bəhs edir. Babasının çardağından tapdığı köhnə fotoaparatla qarşısına çıxan hər şeyi çəkən Cavid şəkilləri aşkarlayanda onu nə gözlədiyini hələ bilmir...


Ekran əsərinin ssenari müəllifi və quruluşçu rejissoru Ayşad Səfərəliyev, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Şahin Həsənli, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur.


Filmdə baş rolları Elşən Rüstəmov, Tofiq Əliyev, Nargilə Qəribova canlandırıblar.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm