Tabloid.az
Bakıda gecələməyin dəyəri - AÇIQLAMA
"Eurovision-2012″ müsabiqəsi öncəsi ölkədə yeni otellər istifadəyə verilməkdədir. Diqqəti çəkən isə həmin otellərdə xidmətlərin həddən artıq baha olmasıdır. Hazırda otellərdə bir günlük qiymətlər 60 dollardan başlayaraq 300 dollara qədər yüksəlir. Əslində qiymətlərin yüksək olmasını və "Eurovision-2012″ öncəsi ölkəyə gələcək turistləri nəzərə alaraq 1-2 ulduzlu otellərin sayı artırılmalı idi.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Xalid Mikayılov
deyir ki, 2010-cu ildə ölkədə otel, hostel və motellərin ümumi sayı
499 ədəd təşkil edib. Bununla belə həmin otellərin az bir qismi 1
və 2 ulduzlu otellərin payına düşüb. Mütəxəsisin fikrincə, 1 və 2
ulduzlu otellərin sayının az olması daxili turizmə də mənfi təsir
göstərir: "Azərbaycanda daxili turizmin zəif olmasının
səbəblərindən biri də 1-2 ulduzlu otellərin sayının azlığıdır.
Hətta Bakı şəhərində 1 və 2 ulduzlu otel tapmaq çətindi. Digər
tərəfdən qiymətləri qaldırmaq üçün otellər ulduzların sayını özləri
müəyyən edirlər. Bu isə qanun və biznes etikası baxımından düzgün
deyil".
Xalid Mikayılovun sözlərinə görə, hazırda ölkədə otellər qonşu
Türkiyə və Gürcüstanla müqayisədə çox bahadır: "Bakıda otel
qiymətləri qonşu Gürcüstan və Ermənistanın paytaxtı ilə müqayisədə
5-10 faiz bahadır. Gürcüstanda gecəsi 20 avroya da otel tapmaq
mümkündür. Azərbaycanda isə ən ucuz otellərdə qiymət 50-60 manatdan
başlayır. Moskva, London, Nyu-York, İstanbul, Dubay kimi iri
meqapolislərlə müqayisədə Bakıda otel qiymətləri ucuz olsa da, 1 və
2 ulduzlu otellərin sayının çoxluğu həmin şəhərlərdə gecəsi 20 və
hətta 10 ABŞ dollarına otel tapmağa imkan verir. Digər tərəfdən
qeyd olunan ölkələrdə müvafiq qiymət qarşılığında turistlərə
göstərilən xidmətlərin keyfiyyəti də yüksəkdi".
Ekspert bildirir ki, 1 və 2 ulduzlu otellərin sayında İrəvan və
Bakı arasında vəziyyət eyni olsa da, Gürcüstanın paytaxtı Tbilisidə
1 uduzlu 6, iki ulduzlu 2 otel fəaliyyət göstərir: "Bakıda
otellərin qiymətlərinin yüksək olmasının səbəblərindən biri də
düzgün qiymət siyasətinin aparılmamasıdır. Bir çox hallarda otel
qiymətləri göstərilən xidmətin səviyyəsinə uyğun olmur. Bundan
başqa bu sektorda rəqabətin zəifliyi də qiymətlərə təsir göstərir.
Əgər xarici ölkələrdə turizm mövsümündə endirimlərə getməklə
otellər daha çox turist cəlb edirlərsə, Bakıda əksinə, mövsüm
zamanı qiymətlər yüksəlir ".
İqtisadçı hesab edir ki, "Eurovision-2012″ ilə əlaqədar çoxulduzlu
otellərə təlabat artsa da qiymətlər turistləri qane edecek
səviyyədə olmalıdır: "Avropa Statistika Komitəsinin məlumatlarına
əsasən, 2011-ci ildə avropalılar bayram səyahətlərinə ortalama 349
avro vəsait sərf ediblər. Avropalıların daxili turizm səyahətlərinə
220 avro, xarici səfərlərə isə 770 avro xərclədikləri bəlli olub.
İndiki halda "Eurovision-2012″ müsabiqəsi zamanı bir avropalının
təkcə otelə xərcləyəcəyi vəsait 770 avro və ya ondan çox təşkil
edəcək".
Bəkir Nərimanoğlu
Publika.Az
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı