“Yasak aşk“ın ünvanı
Bizi izləyin

Tabloid.az

“Yasak aşk“ın ünvanı

Türkiyə telekanallarında rekord sayda izləyici qazanan, üstəlik qonşu ölkələrdə də böyük maraqla qarşılanan serialların çəkiliş meydançaları da medianın dartışdırdığı mövzulardandır. Xüsusən də Türkiyədə "yalı" adlanan dənizkənarı villalarda çəkilən seriallar. Tamaşaçı istər-istəməz bu serillardakı gözəl aktyor oyunu ilə yanaşı, bu maraqlı hadisələrin cərəyan etdiyi yer – evlər barədə də düşünməli olur. Məsələn, sizə maraqlı deyilmi, "Bir İstanbul masalı", ya da Xalid Ziya Uşaqlıgilin məşhur "Aşkı-memnu" dizisi çəkilən yalı Türkiyədə kimə məxsusdur, yəni kimin mülküdür? İstanbulun hansı tərəfində yerləşir?


Yəqin ki, maraqlıdır...

Türkiyə mediası yazır ki, artıq Sarıyer ( Sarıyer Türkiyədə dəniz kənarında villaların yerləşdiyi yer – red.)Türkiyə kinosu üçün amerikan film sektorunda Hollivudun oynadığı rolu oynamaqdadır. Çünki burada yerləşən villaların əksəri televiziyalarda yayınlanan seriallara faktiki "ev sahibliyi" edir...

Bəlkə də elə bu səbəbdən Türkiyədə bu villalara həmin dizilərin baş qəhrəmanları qədər maraq baş qaldırıb. Hətta artıq əmlakçılar İnternetdə "Aşkı-memnu"nun küçəsində kirayə ev" şəklində elanlar verməyə başlayıb...

Bu evin sahibi kim?

Öncə "Bir İstanbul masalı", sonra "Aşkı-memnu"nun çəkildiyi məşhur yalı da Sarıyerdə - Piyasa caddəsində yerləşir. Üç mərtəbəli villa 10 otaqdan ibarətdir.

Yalının sahibi Rəhmi Koç Türkiyənin tanınmış iş adamıdır.

"12 24"

Koç-holdinqin başçısı olan Rəhmi bəy həddən ziyadə zəngin daşınmaz əmlak portfelinə sahibdir. İki il öncə Fulyada ən lüks rezidensiya projelərindən sayılan "Selenium Tvins"də bir dairə alan Koç ara-sıra Boğaz mənzərəli bu evdə qalır. "Selenium Tvins"dəki bu super lüks mənzili Koçun dörd milyon dollara aldığı bildirilir.

Ünlü iş adamının Ayvalıq-Cunda Adasında isə bir bağı var. Dənizə olan tutqusuyla tanınan Rəhmi Koç həm də ada sahibidir. Mərmərə dənizində Tuzlanın qarşısında yerləşən ada da ona aiddir.

Antalyadakı Qalaiçində isə Koçun təxminən on mülkünün olduğu söylənilir.

Koçun Sarıyerdəki Sadberk Xanım Muzeyinin yanındakı sözügedən villası – "Aşkı-memnu" çəkilən köşk - 1895-ci ildə inşa edilib. Dəniz mənzərəli, Boğaza baxan bu möhtəşəm villanı Koç öz zövqünə uyğun restavrasiya etdirərək indiki görkəminə saldırıb. İş adamı yay tətilinin bir hissəsini bu villada keçirir.

"Aşkı-memnu" çəkilən dönəm…

İki il ərzində davam edən çəkilişlər zamanı bu ev – elə həm də evin yerləşdiyi küçə Türkiyədə ən populyar yerə çevrilib. Hər kəs bu evi axtarır, öz gözləriylə görməyə can atırdı. Hətta serial fanatı olmayanlar da villanı daha yaxından görmək üçün Sarıyerə axışırdı. Villanın önü həmin

günlər demək olar, həmişə qələbəlik olur, adam əlindən tərpənmək olmurdu. Bir çoxları da içəridəki aktyorların çəkilişlər bitdikdən sonra küçəyə çıxacağı anı səbirsizliklə gözləyirdi.

Pərəstişkarlar evin qarşısında şəkil çəkdirməklə öz maraqlarını bir xatirəyə çevirirdilər…

"Yalançı bahar"...

"Aşkı-memnu"nun ayağı deyəsən, sayalı olur. Bu filmin çəkilişləri bitdən sonra "Goldfilm" özünün "Yalançı bahar" serialını məhz bu villada çəkmək qərarına gəlir. Amma bu dəfə qiymətlər gerçəkdən yüksəlir: evini "Aşkı-memnu"ya altı min dollara kirayə verən Koç bu dəfə "Yalançı bahar"dan nə az-nə çox düz iyirmi min dollar aylıq kirayə haqqı alır...

Yəni dollarlar havada uçuşur, bu qədim köşk isə məşhurluğuna məşhurluq qatmaqda davam edir...

Leyla
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm