Mərasim baş tutmamış Oskarın qalibi açıqlandı - CNN-dən tarixə düşəcək diqqətsizlik
Bizi izləyin

Tabloid.az

Mərasim baş tutmamış Oskarın qalibi açıqlandı - CNN-dən tarixə düşəcək diqqətsizlik

Mükafatın altında isə “Ən Yaxşı Kişi Aktyor” ünvanının Leonardo Di Kaprioya aid olduğu yazılıb

Oskar heykəlciyinin hazırlanma mərhələsini göstərən televiziya verilişlərindən birində mükafatın altında Leonardo Di Kaprionun adının görünməsi qalmaqala səbəb olub. Veriliş Oskarın nəticəsini əvvəlcədən açıqlamaqda günahlandırılıb.

Martın 2-də baş tutacaq mükafat mərasimi ilə bağlı CNN-də yayımlanan verilişlərdən birində ciddi səhvə yol verilib.

Belə ki, Oskar heykəlciklərinin hazırlanma mərhələsinin tamaşaçılara izah olunduğu verilişdə aparıcı mükafatlardan birini əlinə alaraq fərqində olmadan alt hissədə yazılan adı canlı yayımda göstərib.

Mükafatın altında isə “Ən Yaxşı Kişi Aktyor” ünvanının Leonardo Di Kaprioya aid olduğu yazılıb.

Bir çox tamaşaçı həmin anları sosial şəbəkələrdə paylaşıb. Di Kaprionun qalibiyyətinə sevinən də var idi, mükafat mərasiminin həyəcanını yox etdiyi üçün CNN-ə əsəbiləşənlər də.

Ancaq açıqlama verən kanal Oskara namizəd olanların hamısı üçün heykəlciyin hazırlandığını bildirib. Bir sözlə, CNN-nin efirində göstərilən heykəlciyin üzərində Di Kaprionun adının olması Oskarı onun qazandığına sübut ola bilməz.

Nərgiz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm