• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Bütün dəyişikliklərə açığam...“

“Bütün dəyişikliklərə açığam...“

Onu həmişə "anasının kölgəsində məşhurluq qazanan", "çəlimsiz", "əyriburun" kimi sözlərlə münasibət bildirənlər sonradan Rusiya estradasında ulduzunun öz zəhməti hesabına parladığına şahid oldular. İllər sonra onu çox nadir hallarda anası, rus estradasının primadonnası Alla Puqaçovayla bir yerdə görmək mümkün idi.


Beləliklə, Publika.Az-ın məşhur aktyor və müğənnilərin həyatından hazırladığı silsilə yazılardan növbətisinin qəhrəmanı - Rusiya estradasının şahzadəsi Kristina Arbakaytedir.

Müğənninin rəsmi saytında müasir rus estradasının ulduzu, kino və teatr aktrisası Kristina Arbakaytenin 1971-ci il mayın 25-də anadan olduğu bildirilir. Uşaq vaxtlarından onu yaradıcı və istedadlı şəxslər əhatə edib. Atası - Mikolas Edmundas Arbakas şirk aktyoru idi, anası - rus və sovet pop-mədəniyyətinin "canlı əfsanəsi" Alla Puqaçova.

Kristina Arbakayteyə anasından gözəl musiqi duyumu və səs, atasından isə plastika və artistlik qabiliyyəti keçib. Balaca Kristina xüsusi ingilis məktəbində təhsil alıb. O, dərslərdən sonra bir neçə saat oxumaq və royalda ifa etməklə məşğul olurdu.

Bundan başqa Böyük Teatrın bütün tamaşalarına baxan Kristinanı anası balet məktəbinə imtahan verməyə razılığa gətirir. Kristinanı heç nəsiz qəbul edirlər, komissiyanı qızda anadan gəlmə plastika cəlb eləyir.

Balet məktəbində bir il təhsil alan Kristina dərsləri buraxır. Məktəbdə əldə olunan biliklər sonradan Alla Puqaçovanın "Retsital" baletində, sonra isə daha da tanınmış balet olan "Todes"də iştirak etmək üçün lazım gəlir.

Kristina ilk dəfə 7 yaşında olarkən "Şən notlar" proqramında "Günəş gülür" adlı mahnı ilə televiziyada çıxış edib. 1982-ci ildə "Səhər poçtu" verilişində o, "Qoy desinlər" (musiqisi İqor Nikalayev) mahnısı ilə çıxış edir, sonra isə bu mahnını lentə yazdırır: "Bir anda anladım ki, özümün nəyimi isə heç kimə oxşamatdan yarada bilərəm və oxudum. Sonra yeni-yeni vokal fəndlərindən və qeyri-adi üsullardan istifadə etdim. Və bir gün dərk elədim ki, məndə hər şey yaxşı alınır".

Kristina deyir ki, estrada zirvəsi və musiqi yalnız yaradıcı axtarışların bir hissəsidir: "Həm kino, həm də teatr sahəsində özümü tam ifadə etməyə hazır bilirəm. Ümumiyyətlə, heç vaxt hansısa rolu oynamaqda tərəddüd hissi keçirmirəm. Həmişə yeni layihələrdə ürəklə çalışıram. Mən həyatda bütün dəyişikliklər üçün açığam!"

Gələcək pop-ulduz tamaşaçıların rəğbətini estrada səhnəsində yox, kinoda qazanmağa başlayıb. Rejissor Rolan Bıkov minlərlə moskvalı məktəb şagirdlərinin içərisində "Çuçila" filmini çəkəndə Kristinanın əsas qəhrəman rolunu oynaya biləcəyinə qərar verir. Bu 5-ci sinifdə oxuyan, özünün azadlığı uğrunda mübarizə aparan və olduğu kimi qalmaq hüququnu müdafiə etmiş obraz idi. Kristina xatırlayır: "Mən 11 yaşımdan pul qazanmağa başlamışam. O zamandan azadlıq və sərbəstliyi daddım. Belə yaşamışam və yaşayacağam - azad və sərbəst şəkildə.

Bilirəm ki, hərdən insanlar məni kinoda görəndə təəccüblənirlər. Amma mən ilk növbədə aktrisayam. Üstəlik, əhvalım da tez-tez dəyişir. Bəzən şən, bəzən sakit, bəzən lirik oluram. Mən sanki müxtəlif maskalardan istifadə edirəm. Bununla belə, məhz özüm olaraq qalmaq istəyirəm. Kino məni məsuliyyətdən qaçmağa imkan yaradır. Mən yalnız rejissor və ssenaristin yozumundakı rolu oynayan aktrisayam. Bundan həzz alıram, davamlı dəyişimin içərisində yox oluram. Belə olmaq mənə asan və rahatdır".

1992-ci ildə Kristina Arbakaytenin solo karyerası başladı. Alla Puqaçovanın gorüşlərində o, "Danışaq" mahnısı ilə çıxış edirdi. Sonra iki klipi meydana gəldi: Fyodar Bandarçukun "Məni çağır" və Georqiy Qavrilovun "Bərk xumarlıq" klipləri. Hər iki kompozisiyanı o, debüt albomu" Sədaqət"ə daxil elədi. Bunun dalınca "0 saat 0 dəqiqə", "Sən", "May" kimi albomlar çıxdı.

Özünün zamanının böyük hissəsini estradaya yönəldən Kristina digər maraqlı işlərlə də maraqlanırdı. Kinoda çəkilməyə davam edirdi: "Vivat, qardemarinı", "Qardemarinı-3", "Xeyriyyə balı", "Limita".

Kristinanın teatra da maraq göstərirdi. Rusiya Akademiyasının teatr yaradıcılığı fakültəsində təhsil alan xanım müğənni Rusiya Mədəniyyət Nazirliyinin "ən yaxşı qadın rolu" mükafatını qazandı. Sonra isə Yermolovun "Kəndli xanım" tamaşasında rol oynadı.

1995-ci ildə Kristina "Çuçela" qrupunu yaratdı. Bu, peşəkar musiqiçi və rəqqasələrdən ibarət kollektiv idi. Sonradan bu qrup "Limita Ekstrim" adında çıxış etməyə başladı.

"Rus estradasının şahzadəsi, onun mahnıları dünyada daha çox məşhurlaşır..."- 2000-ci ildə Monte-Karloda keçirilən Dünya Musiqi Mükafatı "The World Music Awards" Kristinanı şahzadə Albertə məhz bu cür təqdim edir.
Müxtəlif mərasimlərdə hər il "Ən yaxşı müğənni" mükafatını əldə etməyə nail olur. Onun hesabına 12 albom, yüzlərlə konsert çıxışları, teleserial və kino rolları daxildir.

Onun kolleksiyasının gözə çarpan yerində 13 "Qızıl qrammofon" mükafatının büstü və mədəniyyət sahəsində ən müxtəlif nailiyyətlərin mükafatları dayanır.

1991-ci il 21 mayda Kristinanın ilk oğlu Nikita dünyaya gəldi. Bu zaman kəsiyində o, ailəsi ilə yaradıcılığına vaxt ayırmağı bacarırdı. Bir neçə il sonra Kristinanın həyatında ikinci xoşbəxt hadisə baş verdi - oğlu Deni dünyaya gəldi: "Məni məqsədyönlü olmağa anam öyrədib. Ona görə də oğlanlarıma zəhmət hesabına zirvələr fəth etməyi aşılayıram".

2005-ci ildə Kristina ikinci dəfə, Rusiya əsilli Amerika biznesmeni Mixail Zemtsova ərə getdi.
Dostları onu istedadlı və zəhmətkeş insan kimi xarakterizə edirlər. O davamlı qastrollarda olur, videokliplərə çəkilir, orijinal solo konsert proqramları ilə çıxış edir. Bununla belə, kino və teatrda da oynamağı bacarır, sevimli həyat yoldaşı və ana rolunun da öhdəsindən gəlir.

Kristina özü teatrı dəlicəsinə sevdiyini etiraf edir: "Mənim bütün indiki və gələcəkdə təqdim olunacaq rollarımı sevirəm. Səhnəyə hər çıxışım yeni emosiya, yenidən diqqətə çıxmaq fürsətidir".

Hazırladı: Nailə Rövşənqızı
Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR