Oksana bunu da etdi - FOTO
Bizi izləyin

Tabloid.az

Oksana bunu da etdi - FOTO

Rəqqasə Oksana Rəsulova verdiyi vədə əməl edib.

Publika.az-ın məlumatına görə, rəqqasə xanım media mənsublarını başına toplayaraq, sürpriz klipinin təqdimatını edib.

Sürpriz klip deyirik, ona görə ki, Oksana sevənlərini bu dəfə hind rəqsi ilə deyil, milli rəqsimizlə təəccübləndirib.

Belə ki, rəqqasə “Sarı gəlin” xalq mahnısına klip çəkdirib. Çəkilişlərin Şəkidə məşhur tarixi abidəmiz olan Xan Sarayında aparıldığını deyən rəqqasə təəssüratlarını bizimlə bölüşüb: “Hər kəs məni hind rəqsləri ilə sevib”. Amma mən milli rəqslərimizi də çox gözəl bacarıram. Hindistanda əldə etdiyim böyük uğurdan sonra qərara gəldim ki, “Sarı gəlin” mahnısını ekranlaşdıraq. “Sarı gəlin” musiqisinə uğyun olaraq klipin Şəki şəhərində çəkilməsini istədim. “Sarı gəlin” kimi gözəl bir mahnı yalnız şahlara layiq bir sarayda lentə alına bilərdi. Buna görə də Şəkiyə getdik. Klipdə tərəf müqabilim sevilən aktyor İlqar Musayevdir. Hər kəs onu “Xoca” filmindən tanıyır. İlqarın dediyinə görə, bir aktrisa kimi onu qane etdim. Klipdə mahnının ovqatına uyğun olaraq milli geyim və aksessuarlardan istifadə etdim. Sarı libas geyinməyimi də rejissor istədi”.

Oksananın tərəf müqabili İlqar Musayev klipi mini film kimi dəyərləndirdi. Tarixi məkanda çəkilən klipdə hər şey tarixi xatırladırdı.

Oksanada aktrisalıq qabiliyyətinin çox güclü olduğunu deyən İlqar gələcəkdə rəqqasə ilə yenidən klipə çəkilmək istəyini də gizlətmədi.

Qeyd edək ki, klipin rejissoru Kənan Musayev, operatoru Elmir Süleymanovdur. Oksananın tərəf müqabili İlqar Musayev Bələdiyyə Teatrının aktyorudur.

Klip Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ekranlaşdırılıb.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm