Rəmişin xalq artisti kimi ilk AÇIQLAMASI
Bizi izləyin

Tabloid.az

Rəmişin xalq artisti kimi ilk AÇIQLAMASI

Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Xalq artisti fəxri adına layiq görülmüş məşhur gitara ifaçısı Rəmiş (Rafiq Hüseynov) ilk təəssüratlarını Publika.az-la bölüşüb.

Sənətkar əməkdaşımızla söhbətində çox sevindiyini bildirib və bunları əlavə edib:

”Allah prezidentimiz İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın canını sağ eləsin. Onlar ki bu yaşda məni sevindirdilər, təşəkkür etməyə söz tapmıram. Bütün xalqıma və məni sevənlərə minnətdaram”.

Qeyd edək ki, prezidentin sərəncamına əsasən bir qrup mədəniyyət xadiminə fəxri adlar verilib. Fəxri ad almış digər şəxslərin də fikirlərini təqdim etməyə çalışacağıq.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm