• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Ramiz Əzizbəyli: “Maddi vəziyyətim də səhhətim kimi ürəkaçan deyildi” - TƏƏSSÜRAT

Ramiz Əzizbəyli: “Maddi vəziyyətim də səhhətim kimi ürəkaçan deyildi” - TƏƏSSÜRAT

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev fərdi təqaüdlərin verilməsi haqqında sərəncam imzalayıb. Fərdi təqaüdə layiq görülənlər arasında xalq artisti, tanınmış aktyor Ramiz Əzizbəyli də var.

Tanınmış aktyor təəssüratlarını Publika.az-la bölüşüb:

“Mən sizin sayt vasitəsilə ölkə prezidentinə dərin minnətdarlığımı bildirirəm. Sözün düzü, mənim üçün bu xəbər xoş sürpriz oldu. Çox sevindim. Çünki son zamanlar bilirsiniz ki, səhhətimdə ciddi problemlər yaşanır, həkim nəzarəti altında vaxtaşırı müalicə olunuram. Maddi vəziyyətim də səhhətim kimi ürəkaçan deyildi. Hər zaman sənət adamlarına qayğı göstərən prezident məni də yaddan çıxarmadı. Mənə diqqət göstərdi. Buna görə mən çox sevincliyəm. Mən prezidentə həmişə inanmışam və onun qayğısını hiss etmişəm. Təkcə mən yox, bütün sənət adamları onun qayğı və diqqətini görür”.

Xalq artisti onu da əlavə etdi ki, səhhətində yaranan problemlərə görə, bir müddət kinodan aralı düşəcək: “Kinonu çox sevirəm, amma səhhətim mənə yaradıcılıqla məşğul olmağa imkan vermir. Şükür Allaha ki, kritik durumdan çıxmışam, vəziyyətim yaxşıdır. Amma evdən ara-sıra çıxıram, ailəm də mənim çox yorulmağımı, işləməyimi istəmir. Deyirlər, elə quruca nəfəsin gəlsin, yanımızda ol”.

Cəvahir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR