“Bu şəhərdə”dən reaksiya: “Çox sağ olun, cənab prezident”
Bizi izləyin

Tabloid.az

“Bu şəhərdə”dən reaksiya: “Çox sağ olun, cənab prezident”

“Bu şəhərdə”nin prodüseri Müşfiq Abbasov aktyorlar Rafael İsgəndərov və Coşqun Rəhimovun Əməkdar artist fəxri adı almasına münasibət bildirib.

Publika.az-ın məlumatına görə, uzun illərdir sözügedən aktyorlarla çalışan Abbasov sosial şəbəkədə status yazaraq, prezident İlham Əliyevə təşəkkürünü bildirib:

"Bu gün cənab prezident İlham Əliyevin sərəncamı ilə Rafael və Coşqun Azərbaycan Respublikasının Əməkdar artisti adına layiq görülüblər. Çox sağ olun, cənab prezident!”

Qeyd edək ki, ötən gün prezident İlham Əliyevin sərəncamı ilə bir qrup incəsənət xadiminə fəxri adlar verilib.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm