“Sevişirəm, əcəb edirəm, amma onun yanında əri...”
Bizi izləyin

Tabloid.az

“Sevişirəm, əcəb edirəm, amma onun yanında əri...”

Space-də yayımlanan “Günaydın” verilişinin aparıcısı Vüsalə Kərimova müğənni Xatirə İslama cavab verib. Teleaparıcı Publika.az-ın əməkdaşı ilə söhbətində çox sərt danışıb:

“Xatirə mənim haqqımda nəsə bilirsə, açıqlasın. Oxu atıb, yayı gizlətmək lazım deyil. Görək mən kiminlə sevişirəm?! Sevişirəmsə də, əcəb edirəm. Mənim kiminləsə sevişməyimin Xatirəyə heç bir aidiyyəti yoxdur. O, mənim üçün namus mücəssəməsi deyil, ola da bilməz”.

“Mənim kiminləsə sevişməyim normal haldır, subay xanımam, qocalmamışam” deyən Vüsalə Xatirəyə xəbərdarlıq etməyi də unutmayıb:

“Mən kiminləsə sevişə də bilərəm. O bir özünə baxsın. Yanında əri var. Ağzından çıxanlara diqqət etsin. Mən ağzımdan çox pis söz çıxardaram. Ona və ərinə daha pis olar”.

Qeyd edək ki, teleaparıcı ilə sənətçinin münasibətləri bir neçə gün öncə “Günaydın” verilişinin çəkilişi zamanı pozulub. Belə ki, Vüsalə Xatirəyə müğənni Rüfət Axundovla sevgi macərası yaşamağıyla bağlı sual verib. Xatirə isə verilişi tərk edib və ardınca social şəbəkədə məsələyə bu cür münasibət bildirib:

“İki gün əvvəl verilişlərin birində mənimlə Rüfətin eşq yaşamağı haqda sual verildi və mən də küsüb getdim. Çünki mən elə bir zirvədəyəm ki, hər çağırılan yerə getməməliyəm. O verilişə getməyə etiraz edirdim, çünki orada hər zaman qalmaqal olur. Qalmaqal artıq camaata keçmir, yeni bir şey fikirləşin. Xalq hamını tanıyır. Bakı balaca şəhərdir. İndi mən də sandığı açıb deyim ki, kimin arvadı harada nə edir? Hansı aparıcı kiminlə sevişir? Rüfət mənim qardaşımdır, məni tanıyan bilir. Bəzi saytlar da bunu işıqlandırır. Elə o verilişə də bu lazımdır da... Əcəb edirsiniz. Özümü dartmaq zamanı gəldi artıq. Reytinq qazanmaq üçün olmayan şeyləri yazmaq lazım deyil. Görün o biri verilişlər nə edir, siz də bir az ondan edin ki, sizə də baxsınlar”.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm