Gülyanaq: “Həyat yoldaşım Gülyazla məni dəyişik salıb”
Bizi izləyin

Tabloid.az

Gülyanaq: “Həyat yoldaşım Gülyazla məni dəyişik salıb”

Ölkə prezidentinin sərəncamı ilə Xalq artisti fəxri adına layiq görülən Gülyanaq Məmmədova təəssüratlarını Publika.az-la bölüşüb.

- Bu xoş xəbəri gözləyirdinizmi?

- Mənim də, bacım Gülyazın da ürəyimiz səksəkədəydi, nə vaxtsa belə xəbər alacağımıza ümid edirdik. Amma bu xəbəri nə vaxt alacağımızdan xəbərsiz idik. Qismətə bax ki, bu xəbəri biz doğulduğumuz Şəkidə aldıq. Yeni il şənliyi ilə bağlı çəkilişlərdə iştirak edirdik. Bacım Gülyazla əl-ələ verib ilk dəfə səhnəyə çıxdığımız günü xatırladıq. Keçmiş gəldi durdu gözümüzün qabağında, dolduq-boşaldıq. Sən demə, elə xəbər eşidəcəkmişik.

- Xəbəri birinci kimdən aldınız?

- Həyat yoldaşımdan. O da sərəncamı haradansa oxuyub, necə həyəcanlanıbsa, mənim əvəzimə Gülyaza zəng edib. Sonradan mənə telefon açıb təbrik etdi. Sevincimdən gözlərim doldu. Mən bu xoş xəbərə, diqqətə və qayğıya görə ölkəmin prezidenti İlham Əliyevə sonsuz təşəkkürümü bildirirəm. Həm özümün, həm də bacım Gülyazın adından. Özümüzü çox xoşbəxt hiss edirik. Çox adam bizi xalq artisti kimi tanıyırdı, indi doğrudan da, bu adı bizə verdilər.

- Valideynlərinizin bu xəbərə münasibəti necə oldu?

- Bu da bir qismət idi ki, həmin xəbəri Şəkidə eşitdik və tədbirdən çıxıb yolustü anamgillə görüşdük. Atam bizi görən kimi ağladı, anam boynumu qucaqladı. Bu il atamın 80, anamın isə 70 yaşı tamam olur. Bu fəxri ad atamla anama mənim ən böyük hədiyyəm oldu. Buna görə prezidentimizə valideynlərim adından da təşəkkür edirəm.

- Sənət dostlarınızdan kimlər sizi təbrik etdi?

- Dünəndən telefonlarımız susmur. Ustadlarımızdan tutmuş gənc sənətçilərə qədər hər kəs zəng edir, görənlər təbriklərini söyləyir, hətta sevincindən gözləri dolanlar da var. Bizi sevən, sənətimizə hörmətlə yanaşan pərəstişkarlarımız telefonda ağladılar da. Bundan böyük xoşbəxtlik varmı?

- Fəxri ad sizi, yəqin ki, yaradıcılığa daha da ruhlandıracaq?

- Əlbəttə, artıq ruhlanmışıq. Gülyaza deyirəm ki, bacı, bizi qarşıda daha böyük, daha çətin yaradıcılıq gözləyir. Biz dayanmadan xalqımıza xidmət etməliyik. Bir yeni xəbəri də sizinlə paylaşmaq istəyirəm. Hələ heç yerdə deməmişəm. Fevralda Opera Teatrının səhnəsində “Leyli və Məcnun” operasında Leyli rolunda çıxış edəcəyəm. Tərəf müqabilim də xalq artisti Mənsum İbrahimov olacaq.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm