Tanınmış aktyorumuz əməliyyat olundu – ŞOK FOTOLAR
Bizi izləyin

Tabloid.az

Tanınmış aktyorumuz əməliyyat olundu – ŞOK FOTOLAR

“Xəzər” televiziyasında yayımlanan bir neçə serialın əsas rollarının ifaçısı, gənc aktyor Elsevər Mehdizadə ağır əməliyyat keçirib. Publika.az-ın məlumatına görə, Mehdizadə iki gün öncə paytaxtdakı özəl klinikaların birində öd kisəsindən əməliyyat olunub:

“Bu problem məndə bir neçə il əvvəl olub. Son üç-dörd ildə isə hiss edirdim ki, vəziyyət daha da ağırlaşır. Axır vaxtlar tez-tez sancılar olur. Hətta yeriyə, otura, avtomobil idarə edə bilmirdim”.

Aktyor bildirib ki, təxminən bir saata yaxın davam edən əməliyyatla onun öd kisəsi kəsilib götürülüb:

“Ödümdən iki ədəd böyük daş çıxdı. O daşları görəndə şok keçirdim. Deməli, mən bu vəziyyətdə gəzirmişəm. Amma şükür ki, əməliyyat uğurla keçdi. Həkimimə də minnətdarlığımı bildirirəm”.

E.Mehdizadə çətin günündə onu tək qoymayan dostlarına, sənət yoldaşlarına da təşəkkürünü bildirib:


“Ətrafımda olan bütün dostlarım bu günlərdə məni tək qoymadılar, dəstək oldular. Artıq özümü yaxşı hiss edirəm. İnşallah, hər şey yaxşı olacaq”.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm