• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Mehriban Zəkidən şad xəbər – FOTO

Mehriban Zəkidən şad xəbər – FOTO

Tanınmış aktrisa Mehriban Zəkinin ad günüdür.

Publika.az-ın məlumatına görə, Mehriban Zəki 19 dekabr 1966-cı ildə Bakı şəhərində anadan olub. 1991-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirib. 1990-cı ildən 2005-ci ilədək “Yuğ” Dövlət Teatrında aktrisa işləyib və teatrın səhnəsində bir çox rollar oynayıb.

2000-ci ildən o, həm də ”İbrus” Teatrının aktrisasıdır. 2005-2007-ci illərdə Milli Akademik Dram Teatrında işləyib, Mirmehdi Seyidzadənin əsərləri əsasında hazırlanan “Füzuli və Əsmər” tamaşasında Əsməri oynayıb.

1995-ci ildə Bişkəkdə keçirilən ümümtürk mədəniyyət bayramı olan “Manas-500” yubileyində, 1999-cu ildə Parisdə, Moskvada və Bakıda keçirilən “YUNESKO”-nun tədbiri olan Kitabi-Dədə-Qorqudun 1300 illik yubileyində iştirak edib.

Aktrisa “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan bir çox bədii filmlərdə çəkilib: Jurnalist qız (“Ümid”), Lətifə (“Otel otağı”), Elmira (“Ailə”), Gülya (“Məkanın melodiyası”), Teybə (“Küçələrə su səpmişəm”), Maya (“Əlvida, cənub şəhəri”), Nara (“Düyün”), Nərmin (“Yalançılar”) obrazları ilə yadda qalıb. Gözəl səs tembrinə malik olan aktrisa həmçinin, filmlərdə mətn səsləndiricisi və vokalçı kimi də çıxış edib.

Cəvahir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR