Bu filmdən sonra rejissorun arvadı onu tərk etdi – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Bu filmdən sonra rejissorun arvadı onu tərk etdi – FOTOLAR

Həmin gün Çikaqoda dözülməz isti vardı. Melodi Hobson işini tezliklə bitirib getmək istəyirdi. Lakin o, getməzdən öncə Çikaqodakı ofisində səliqə-səhman yaratmalı idi. Melodi “Dream Works Animation” şirkətinin direktorlar şurasının rəhbəri vəzifəsində çalışırdı.

- Sizi təbrik edə bilərəm? - xoşagəlməz kobud kişi səsi soruşdu.

- Nə münasibətlə? - Melodi jurnalistdən soruşdu.

- Necə yəni, nə münasibətlə? Toy münasibəti ilə, əlbəttə ki! Əsrin ən yaxşı əri ilə ən yaxşı toya görə.

- Ümumiyyətlə, sizin bura daxil olmağınıza kim icazə verib? - qadın rəsmi danışmağa başladı.

Oğlanın gərgin üz cizgilərini gördükdən sonra Melodi simasına mehribanlıq qatıb əlavə etdi:

- Qulaq as, incimə. Sadəcə, ərim müsahibə verməyimi xoşlamır.

- Olar sizinlə heç olmasa şəkil çəkdirim? Sizin əriniz mənim ən sevimli rejissorumdur, - bunu deyən cavan oğlan cibindən mobil telefonunu çıxardı.

...22 iyun 2013-cü ildə Melodi Hobson, həqiqətən də, “Ulduz döyüşləri” əfsanəvi filminin rejissoru ilə ailə həyatı qurdu. Melodi bununla fəxr edirdimi? Sözsüz ki! O, Corcla 2006-cı ildə ekologiyaya həsr olunmuş konfransların birində tanış olmuşdu. Onun heç ağlına belə gələ bilməzdi ki, Lukas 43 yaşlı afroamerikalı qadına evlilik təklifi edə bilər. Axı Melodi yaradıcılıqdan tamamilə uzaq insan idi. Lukas da gənc deyildi. Daha doğrusu, onun 69 yaşı vardı. Evlilikdən sonra Melodi bəzi şeylərə, məsələn, hər yerə vertolyotla getməyə alışa bilmirdi. Lukasın yaşadığı iqamətgaha getmək üçün məhz vertolyota minməli idin. Melodi ofisdə işini tezliklə başa vurub vertolyota aparan limuzinə minəcək və Lukasın yanına gedəcək. Lukasın yaşadığı məkanın sahəsi 1200 hektar idi. Bir sözlə, sanki ayrıca ölkədir...

Evi mühafizə edən çoxsaylı cangüdənlər də Melodini qorxudurdu. Lakin ərinin nə qədər varidata sahib olduğunu anladıqdan sonra bu qədər mühafizəçinin olmasını adi qarşıladı.

Bütün zamanların ən yaxşı filmi sayılan “Ulduz müharibələri”nin rejissoru Lukas yaşına baxmadan qızların qəlbini fəth etməyə çalışan yeniyetməyə bənzəyirdi. Corc insanların arasında öz utancaqlıq hissinə qalib gələrək, əlini Melodinin çiyninə qoymağa cəhd etdi.

- Sən hamının yanında məni öpə bilməzsən, - Melodi dedi. - Biz məgər ailə həyatı qurmayacağıq?

Əslinə qalsa, Lukasın ona qarşı ciddi niyyəti vardı və hələ 2012-ci ilin payız fəslində Melodiyə evlilik təklif etmək istəyirdi. Lakin qarşıda görüləsi ediləsi bir sıra işlər vardı: o, “Lucasfilm” kinokorporasiyasını satışa çıxarmışdı.

Səhərsi Lukas soyuq tər içində oyandı. Sövdələşməni ləğv etmək üçün telefonu əlinə aldı: bu şirkət onun bütün həyatı idi. Onu satmaq özünü diri-diri basdırmaq deməkdir. Lakin öz psixoloqunun sözlərini xatırlayan Lukas bir neçə dəfə dərindən nəfəs aldı. O, Melodi ilə ailə həyatı qurub, ər, bəlkə də, ata rolunu oynamaq istəyir. Bundan sonra Lukas daha heç bir şeylə məşğul olmaq niyyətində deyil.

Corc bütün həyatı boyu “Ulduz müharibələri” filminə rejissorluq, prodüserlik edib və dünya şöhrəti qazanıb. Bu illər ərzində onun gücü də artıq tükənib. O vaxt zəhmət çəkməsəydi, indi bütün arzuları çin olmazdı... Bir dəqiqə... Keçmişi xatırlamaq olmaz. O, bunu özünə qadağan edib. Hər şeyi itirməyə hazırdır, lakin Melodini yox. Onun gözəlliyi və cingiltili səsi dahi rejissorun ağlını başından çıxardır.

- Evdə, ya restoranda şam edəcəyik? Yeməyi maşına gətirim? Birlikdə tok-şouya baxacağıq? Pudinq xoşuna gəldi?

Öz qayğıkeş xasiyyəti ilə Melodi ona anasını xatırladırdı. Corcun anası oğluna milyonlarla sual verməklə bezdirərdi. Atası isə Corcu təngə gətirmişdi. Atası oğlunu biznesmen kimi görmək istəyirdi. Corcun isə hesablama maşını, qələm, karandaş, kağızlar görüntüsündən və ümumiyyətlə biznesdən ürəyi bulanardı. Corc isə ailəyə yad olan qəribə bir sənətlə məşğul olmaq istəyirdi: kino yaratmaq!

O, “USC” kino məktəbinə yazıldı. 60-cı illərdə məktəbdə minimum sayda kamera və montaj stolları vardı. Gənc oğlan özü sərbəst şəkildə montaj etmək və səs yazmaq üsullarını öyrəndi. Onun “Həyata baxış” filmi tələbə filmləri festivalında mükafata layiq görüldü.

Tezliklə, sısqa və bəstəboy oğlanı məktəbdə “generalismus” adı ilə çağırdılar. Valideynləri isə oğlunun məşğuliyyətindən utanırdılar. Elə bu səbəbdən, Lukasın valideynləri oğlunun ikinci filminin nümayişi zamanı zalın ən arxa sırasında oturdu.

- İndi Generalismusun kinosunu göstərəcəklər! Hamı zala! - tələbələrdən kimsə qışqırdı.

- Bəlkə, biz xəlvətcə çıxıb gedək, Gertruda, - ata Corc qızarmağı sevməzdi: məlum məsələdir ki, bir azdan bütün zal onun oğlunu ələ salacaq.

- Siz hara gedirsiniz? - zalın çıxışında bir oğlan onları saxlayır. - İndi bizim məktəbin ən yaxşı tələbəsi olan Lukasın filmini göstərəcəklər! Oturun baxın!

Lukas qızlardan oddan qorxan kimi qorxardı. Çünki şübhə yox idi ki, Lukas kimi insanı sevmək mümkün deyil: o, kifir, pəltək və qorxaq idi... Lakin Lukas qorxusuna üstün gələrək kameranın obyektivindən qızlara baxardı...

2006-cı ildə Melodi ilk dəfə olaraq Lukasın evinə qonaq gəldi. O, “Ulduz müharibələri” filminin yaradıcısının sevgilisi olması ilə fəxr edirdi. Maraqlıdır, belə bir məşhur kino yaradıcısının kabinetində nə foto, nə də ev sahibinin şöhrətini nümayiş etdirən “Oskar” heykəlcikləri vardı. Melodi sanki yuxudan ayıldı: Corc Lukas “Ulduz müharibələri”ni düz 30 il bundan qabaq çəkib.

- Sən bu vaxta qədər neçə kino çəkmisən? - Melodi maraqla sual verərək, Lukasın yaralı yerinə toxunduğunun fərqinə varmadı.

- Rejissor kimi 6 film.

- Belə az? - Melodi təəccübləndi. Mənə daha çox görünürdü.

Lukas kreslonu arxaya verməklə Melodiya bu mövzunu davam etdirmək istəmədiyinə eyham vurmağa çalışırdı. Lakin Melodi söhbəti sonadək davam etdirmək istəyirdi.

- Mən “Ulduz müharibələri” filmindən sonra nəfəsim kəsildi. Bu, sanki dəhşət idi. Sözün düzü, heç xatırlamaq da istəmirəm...

...Corc uzun illərdir ki, ona əzab verən xatirələrdən qaçmağa çalışır. Hətta, özü ilə təkbətək qalanda belə heç nəyi xatırlamaq istəmir. Onun yaşadığı cəhənnəm haqda Melodi niyə görə bilməli idi?

Şəxsi söhbətlərində və jurnalistlərə verdiyi müsahibələrində Corc Lukas 22 fevral 1969-cu ildə Marsiya Qriffin adlı qadınla evləndiyini xatırlamır. Sanki Marsiya ümumiyyətlə mövcud olmayıb. Axı hər şey yaxşı başlamışdı...

Kino məktəbini bitirdikdən sonra Lukas hər şeyə vaxt ayırmağa çalışırdı: dostu Frensis Koppolanın “Yağış adam” filmində assistent kimi çalışırdı. Bundan əlavə, o, eyni zamanda da “Verna Fields” kino şirkətində montajçı idi. Elə bu zaman Lukas enerjili sarışın Marsiya Qriffinlə tanış olur. Lukasdan 1 yaş balaca olan Marsiya küçələrdə böyüyərək, peşəkar montajçıya çevrilmişdi. Marsiya çoxuşaqlı kasıb ailədə böyümüşdü, atası onları tərk etmişdi. Təsadüfən, kino kitabxanasında işlədikdən sonra o, kinomontaj sənətini öyrənməyə başlayır. Marsiya siqaret çəkə-çəkə Lukasa montaj işini başa salırdı. Lukasın beynindən bir fikir keçirdi: o, necə də istedadlıdır. Marsiya montaj işlərinə görə pulsuz qalıb, gecələri də işləməyə hazır idi. O, utancaq Lukasın hansı ştatdan gəldiyini öyrənmək üçün 3 həftə cəhd etdi:

- Mən Kaliforniya ştatındanam...

Dörd həftədən sonra Lukas əlavə etdi:

- Şimali Kaliforniya...

Daha bir neçə həftədən sonra:

- Əslinə qalsa, mən Modestoda doğulmuşam...

Marsiyanın gözlərinə işıq gəldi. Sən demə, o da Modestoda doğulub. Bütün bu aydınlaşdırmalar onların arasındakı buzları əritdi: Marsiya əlini onun çiyninə qoyanda Lukas daha qızarmazdı, əksinə, o da qızın əlindən tutardı.

Sevgi hekayəsindən sonra onlar evlənmək qərarına gəldilər. Lukasın qoruyub saxladığı sirri Marsiya ailəsindən əldə edir: Corc gecələr xoruldayır, komikslər oxuyaraq uşaq kimi dizlərinə vurub gülür, sekslə tam qaranlıqda məşğul olur. Lukas addım-addım qəlbinin dərinliyində yatan sirləri Marsiyaya açmağa başladı.

Marsiya onun ilk əvvəllər çəkdiyi “Qalaktika THX 1138” fantastik filmini bəyənməyəndə Lukas əməllicə dərdə düşdü.

- Çox abstraktdır, bir emosiya belə yoxdur! Başa düşmürəm, belə kinoya necə baxmaq olar?! - Lukasın arvadı deyərdi.

Marsiya hər zaman sözü birbaşa deyirdi.

Həmin gün Lukas evə gec gəlib qarşısında narahat baxışlarla ona baxan Marsiyanı gördü. O, Lukasın harada olub, niyə evə zəng etmədiyini aydınlaşdırmaq istəyirdi!

- Mən elə bildim ki, məni tərk edib getmisən, - Corc dedi. - Axı mənim kinom sənin xoşuna gəlmədi...

Marsiya ərinin tərəf müqabili idi. Lukasın bütün çəkilişlərində iştirak edər və ssenarini əzbər bilərdi. Onlar heç günün 24 saatı bir-birindən ayrı düşməzdilər. “Amerika qrafitisi” filmi üzərində birgə çalışdıqdan sonra Marsiya dincliyə ehtiyac duydu. Bəlkə, bir qadın kimi o, ana olmaq istəyirdi. Kim bilir...

- Söz verirəm ki, hər şey sən istəyən kimi olacaq! - Corc dedi.

Lakin Corc sözünün üstündə dayana bilmədi. Çünki onun beynində uşaqlıqdan fikirlərini qarışdıran bir ideya vardı... Özü də bilirdi ki, bu, Marsiyanın heç də xoşuna gəlməyəcək. Qalaktikalar arası səyahət, xeyr və şərin mübarizəsi...

Lukas ona söz verdiyi dinc həyat və uşaq sahibi olmaq barədə planları arzusunda olduğu kinoya qurban vermək istəyirdi.

Səkkiz milyon dollarlıq film çəkildi. Çəkilişlər Tunisdə aparılırdı. Lukas özü ilə Şimali Afrikaya tonlarla dekorasiya daşıyıb gətirmişdi. O zamanlar texnika güclü inkişaf etməmişdi. Asteroid yağışlarını adi kartof vasitəsilə çəkərdilər. “Şüa qılınclar” əvəzinə adi taxtanın üzərinə işıqsaçan boya çəkilmişdi.

Lukasa ən böyük əzabı arvadı Marsiya verdi. Marsiya qızmar Afrika ölkəsinə getməkdən imtina edirdi. Lukas arvadını evdə qoyub bir qədər rahatlayacağını düşünürdü. Amma Marsiya rejissor Martin Skorsezenin filmi üçün montajçı olmağa razılıq verdi. Lukas qısqanclıqdan partlayırdı, özü Afrikada, arvadı isə hansısa bir kişinin yanında!

Bu səhnəni beynində canlandıran Lukas gecələr yata, səhəri isə yuxudan dura bilmirdi. Tunisin səhrasında Corc bir şey anladı: o, rejissor işinə nifrət edir!

Film çəkilişləri bitdikdən sonra Lukas nəticənin necə olacağı haqda çox düşündü. O, fikir içində gəzir, hər an ona telefon zəng çalıb filmini pisləyəcək insanı gözləyirdi. Evə zəng gəlir... Lukas dəstəyi götürməkdən imtina edir... İndi filmi pisləyəcəklər o, isə “Amerika qraffiti” filmindən qazandığı pullarla borclarını ödəməklə məşğul olacaq. Marsiya dəstəyi götürdü:

- Nə? – o, dəstəyə qışqırdı. Bir daha təkrar et, eşitmirəm!

Sən demə, “Ulduz müharibələri” filminin nümayiş olunduğu kinoteatrlarda növbə qatar kimi düzülüb, insanlar filmə baxmaq üçün səhər tezdən kinoteatr qarşısına yığışıblar!

Filmə Kennedidən tutmuş Məhəmməd Əliyə kimi çox adam baxdı. Əsəri 500-dən artıq kinoteatr aldı. Lakin film rejissorun həyatını məhv etdi. Marsiyanın sanki başına hava gəlmişdi, hər saniyə uşağa sahib olmaq istədiyini deyərdi. Lukas isə sonsuz idi. Bunu bilən Marsiya ərindən himayəyə uşaq götürməyi tələb edirdi. “Ulduz müharibələri” filmindən sonra Marsiya tamamilə dəyişmişdi. O, işləmək istəmir, depressiyaya düşürdü. Film isə onlara hər saniyə pul gətirirdi. Marsiyanı artıq heç nə maraqlandırmırdı. Onu nə narahat edirdi? Möhtəşəm filmdən sonra Corc özü də 180 dərəcə dəyişmişdi.

- Corc tamamilə dəyişib, - Marsiya “People” jurnalının jurnalistinə müsahibə verərək deyirdi, - artıq belə yaşaya bilmirəm. O, mənimlə neçə aylardır ki, sevişmir...

Marsiya onun kabinetinə hücum çəkib ayrılmaq istədiyini dedikdə, Lukas heç qaşını belə tərpətmədi.

- Biz boşanırıq, eşidirsən? - Marsiya ona bağırdı.

Onda Lukas sol gözünü tərpətdi. Marsiya ondan boşanmaqla yanaşı, Corcun dizaynerinə aşiq olduğunu etiraf etdi. Dizayner, Corcdan fərqli olaraq, Marsiyanın qeydinə qalırdı.

Onlar boşandılar... Boşanma bir şərtlə olmalı idi. Marsiyanın haqda onun arvadı olması haqda KİV-də və digər mənbələrdə xəbər verilməməli idi. Sanki heç zaman Corcun belə arvadı olmayıb. Lukas uzun müddətdən sonra həyatının ikinci yarısını tapa bildi. 2013-cü ildə isə cütlüyün surroqat anadan qız övladı dünyaya gəldi.

Tərcümə: Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm