Tabloid.az
Azərbaycanın birinci xanımı caz ifaçısı Di Bricuoterin konsertini izləyib
“Qremmi” mükafatı laureatı Di Di Bricuoter Heydər Əliyev
Mərkəzində konsert verib. Azərbaycanın birinci xanımı Mehriban
Əliyeva konsertdə olub.
Bu gün məşhur caz ifaçısı, üç “Qremmi” və “Toni” mükafatları laureatı Di Di Bricuoterin Bakıda, Heydər Əliyev Mərkəzində solo konserti keçirilib.
Publika.az xəbər verir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva konsertdə olub.
Müasir caz vokal sənətinin ulduzlarından olan Di Di Bricuoter konsert proqramında məşhur kompozisiyalarını, eləcə də tanınmış amerikalı caz ifaçıları Ebbi Linkoln və Billi Holideyin repertuarından əsərlər ifa edib.
Əsl adı Dennis Qarret olan müğənni-aktrisa 1950-ci ildə ABŞ-da doğulmuşdur. Karyerasına vətənində başlasa da, onun istedadı Fransada kəşf olunub.
Di Di Bricuoter ilk professional təcrübəni əfsanəvi Ted Cons/Mel Levis Caz Orkestrində keçmiş və ötən əsrin 70-ci illərində o, məşhur caz ifaçıları Maks Rouç, Sonni Rollinz, Dekster Qordon, Dizzi Gillepsi ilə birgə çıxış edib.
1980-ci ildə Fransaya köçən müğənni bir neçə il ərzində Avropanın bütün caz festivallarında iştirak etmiş, özünün orkestrini yaradıb.
1998-ci ildə kumiri Ella Fitsceraldın xatirəsinə həsr etdiyi “Əziz Ella” albomu iki “Qremmi” mükafatına layiq görülmüşdür. Bundan əlavə, onun tanınmış caz ifaçısı Billi Holideyə ithaf etdiyi “Eleonora Faqan (1915-1959): Di Didən Billiyə sevgi ilə” adlı albomu “Qremmi” alıb.
Di Di Bricuoter musiqili teatrda da fəaliyyət göstərib. O, 1975-ci ildə “Viz” musiqili tamaşasında oynadığı Qlinda roluna görə “Toni” mükafatına layiq görülüb.
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO