Elçinin “Şekspir”i yenidən İstanbul səhnəsində - FOTO
Bizi izləyin

Tabloid.az

Elçinin “Şekspir”i yenidən İstanbul səhnəsində - FOTO

Azərbaycanın xalq yazıçısı Elçinin eyniadlı pyesi əsasında hazırlanan “Şekspir” tamaşası növbəti dəfə İstanbul Şəhər Teatrında teatrsevərlərin görüşünə gəlib.


Publika.az-ın məlumatına görə, tamaşanın səhnə tərtibatı və quruluşu əməkdar incəsənət xadimi Məlahət Abbasovaya məxsusdur.


İki hissədən ibarət ekssentrik “Şekspir” komediyası türkiyəli aktyorlar – Selma Kutluğ, Sezai Aydın, Ertuğrul Postoğlu, Elçin Atamgüç, Murat Çoşkuner, Nevzat Çankara, Ezgim Kılınç və Özgür Dağdan ibarət truppanın ifasında təqdim olunub.


Türkiyənin teatr aləmində görkəmli yer tutan Ayhan Doğan, Kemal Yiğitcan və başqaları tamaşanın yaradıcı heyətinə daxildir.


“Şekspir”in Türkiyədə böyük sevgi ilə seyr olunduğunu diqqətə çatdıran rejissor Məlahət Abbasova bildirib ki, “Şekspir” insanların ruhunu oxşayan bir komediyadır: “Əsər bütövlükdə Azərbaycan xalqının yaradıcılıq istedadının göstəricisidir.

Bu tamaşa Türkiyədə səhnələşdiriləndən bəri 8 müxtəlif mükafatla təltif olunub. Üç dəfə “İlin ən yaxşı dekorasiyasi” mükafatını alıb. Tamaşada oynayanlardan altısı bu əsərə görə 2014-cü ildə “İlin ən yaxşı aktyoru” mükafatına sahib olub”.


Rejissor “Şekspir”i Türkiyənin digər şəhər teatrlarında da səhnələşdirmək barədə təkliflər aldığını deyib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm