Tanınmış musiqiçimiz türk aktrisayla – FOTO – VİDEO
Bizi izləyin

Tabloid.az

Tanınmış musiqiçimiz türk aktrisayla – FOTO – VİDEO

Tanınmış klarnet ifaçısı Zahid Qubadlı Türkiyədən qayıdıb. Sənətçi səfər təəssüratlarını Publika.az-la bölüşüb. Z.Qubadlı bildirib ki, “TRT Avaz”ın bir neçə verilişində qonaq olub, canlı ifalarını təqdim edib:


“Dekabrın 15-də “TRT Avaz”da iki saatlıq verilişdə qonaq oldum. “Sarı gəlin”, “Sən gəlməz oldun”, “Nazəndə sevgilim” əsərlərini ifa etdim. Çox yüksək səviyyədə qarşılandım. Ardınca həmin kanalın başqa bir verilişində - “TRT axşam”da çıxışım oldu. O qədər diqqət və qayğı gördüm ki, özümü Azərbaycandakı kimi hiss etdim”.

Zahid Qubadlı bildirib ki, Türkiyəyə gediş-gəliş xərclərini də telekanal çəkib:


“İyirmi il öncə Ankarada olmuşdum. O vaxt Türkiyədə Türkdilli Ölkələrin Musiqi Festivalında bir neçə alətdə ifa edib laureat adını qazanmışdım. Ümumiyyətlə, İstanbul mənə doğma şəhərdir, tez-tez konsertlərdə oluram. İnşallah, növbəti konsertimiz əməkdar artist, dünya şöhrətli balaban ifaçımız Əlixan Səmədovla martda olacaq”.

Zahid Qubadlı Türkiyədə bu qədər diqqət görməsinə baxmayaraq, yerli telekanallarımızın biganəliyindən şikayətlənib:


“Bizim telekanallar daha çox sənətdən xəbəri olmayanları efirə çağırırlar. Əsl sənətkarlarsa kənarda qalır. Təxminən iki ildir efirlərdə yoxam”.

Söhbət əsnasında məlum oldu ki, Z.Qubadlı Türkiyədə bu ölkənin məşhur aktrisa və müğənnisi Nadidə Sultanla da görüşüb:


“Özəl bir məclisə dəvət almışdıq. Orada görüşdük. Çox səmimi xanımdır. Maraqlı ünsiyyətimiz oldu”.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm