“Bakı Gecələri”nin qala-konserti keçiriləcək
Bizi izləyin

Tabloid.az

“Bakı Gecələri”nin qala-konserti keçiriləcək

Mədəniyyət və Turizm Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə dekabrın 24-də Heydər Əliyev Sarayında “Bakı gecələri-2014” Estrada Mahnı Festivalının qala-konserti baş tutacaq.


Publika.az-ın məlumatına görə, “Bakı Gecələri” estrada mahnı festivalının keçirilməsində məqsəd Azərbaycanın beynəlxalq müsabiqələrdə yüksək səviyyədə təmsil olunması, mahnı müəlliflərinin yaradıcılıq fəaliyyətinin inkişaf etdirilməsi, estrada ifaçılarının bədii-peşəkar hazırlıqlarının təkmilləşdirilməsi və estrada mahnı janrının inkişafıdır.


“Bakı gecələri - 2014” Estrada Mahnı Festivalının qala-konsertində 2013-2014-cü illər ərzində yazılan, dinləyicilər tərəfindən sevilərək hitə çevrilən və Festivalın Təşkilat Komitəsi tərəfindən seçilərək proqrama daxil edilən 25 mahnı səslənəcək. Qala-konsertdə tamaşaçılara təqdim olunan mahnılar “Bakı gecələri-2014” Estrada Mahnı Festivalının Laureatı adına layiq görülüb.


Qeyd edək ki, “Bakı Gecələri” Estrada Mahnı Festivalı 2008-ci ildən etibarən keçirilir. Təşkilat Komitəsi 2013-cü ildə estrada janrında yazılan mahnıların az olduğunu nəzərə alaraq, festivalın 2 ildə bir dəfə keçirilməsinə qərar verib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm