• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Türkiyə serialında "cinayətkar azərbaycanlı" - VİDEO

Türkiyə serialında "cinayətkar azərbaycanlı" - VİDEO

Türkiyənin Show telekanalında "Ezra" adlı serialın nümayişinə başlanılıb.

İllər əvvəl yetimxanada itirdiyi qardaşını axtarmaqdan vaz keçməyən Qəzzalı Ezra uzun illər sonra qardaşının izini İtaliyada tapır.

O, miqrantların gəmisi ilə sonunu bilmədiyi yola çıxır. Ezra atəş altında qalan gəmidən sonra anda xilas olur və özü kimi qəzzalı uşaq İbonu da xilas edir. Aralıq dənizində ümidsiz qalan Ezra liviyalı üsyançılar tərəfindən tapılır. Silah qaçaqmalçılığı ilə məşğul olan və cinayətkar dəstəyə liderlik edən azərbaycanlı Cahangir Hüseynov liviyalılara silah satarkən Ezranı görür və çox bəyənir. O, Ezra və İbonu İstanbula gətirir.

"Tək tapança" ləqəbli polis baş komissarı Mustafa və həmkarı Cabbar Cahangiri həbs etmək üçün əməliyyat hazırlayırlar. Mustafa və Cahangir bir-birilərini bitirmək üçün and içirlər.

Musavat.com serialın ilk seriyasının videosunu təqdim edir. Qeyd edək ki, "Ezra" serialı hər həftənin cərşənbə axşamı günləri nümayiş etdiriləcək./musavat.com/

Xəbər lenti

DAHA ÇOX XƏBƏR