Hollivudun qeyri-adi sarışını: “Çimərlik geyimimi hansısa başıboş oğurlayıb”
Bizi izləyin

Tabloid.az

Hollivudun qeyri-adi sarışını: “Çimərlik geyimimi hansısa başıboş oğurlayıb”

Müasir qadın “sarışınlığı” ilə pul qazandığını etiraf etməz. İctimai anlayış üçün bir qədər fərqli izahat lazımdır.

Əgər sənin uşaqların varsa və valideyn iclaslarında iştirak edirsənsə, onda hər dediyin sözə fikir verməlisən. Pamela Anderson aktrisadır, lakin karyerası kino rolları ilə zəngin deyil. Onun filmoqrafiyası “Malibu xilaskarları” kult serialındakı rolu ilə məhdudlaşır. Düzdür, Pamela digər filmlərdə də çəkilib. Lakin o, hər zaman yaddaşlarda “xilaskar” kimi qalacaq. Bu qadının ekranda zərrəcə görünməsi belə, hamıda böyük maraq yaradır. Etiraf edin ki, çoxlarınız “Borat” filminə məhz Pamelaya görə baxmısınız. Pamela, həqiqətən də, qeyri-adi maqnetik cazibəyə malikdir. Hər kəs onun bədənini görməyə can atır.

“Bizim tərcümə” layihəsi heyrətamiz sarışın gözəlin müsahibəsini təqdim edir:

- Sizin artıq 47 yaşınız var. Və hələ heç kimi sizin seks-simvol tacınızı əlinizdən ala bilməyib. Siz bu haqda nə düşünürsünüz?

- Allaha şükür! Demək, məndə hər şey alınıb. Deyə bilərəm ki, 10 il ərzində baş verənlərə görə özümlə fəxr edə bilərəm. Mən iki yaraşıqlı uşaq böyütmüşəm, bir neçə dəfə ərə getmişəm və həyat zövqümü itirmədən bütün planlarımı gerçəkləşdirmişəm. Öz həmyaşıdlarıma baxanda görə bilərəm ki, bir çoxlarının hələ ki övladı yoxdur və ya ərdə deyillər. Mən isə öz həyatımda baş verən dəyişikliklərdən razıyam.

- Siz yaşı 40-ı ötən qadına bənzəmirsiniz. Bunun üçün nə edirsiniz?

- Məsələn, bu gün yarım saat vaxt sərf edərək özümü qaydaya salmışam. Övladlarım yaxşı formada qalmağıma kömək edir. Onlarla futbol, basketbol, beysbol oynayıram. Evdə isə heç vaxt oturmuram. Ya çimərliyə, ya da hovuza gedirəm. Həm də vegetarianam.

- Siz şöhrət qazandığınız üçün sinənizə minnətdar olmalısınız. Bu fikrə münasibətiniz necədir?

- Deyə bilərəm ki, ekranda sinəm gerçəkdə olduğundan dəfələrlə böyük görünür. Belə böyük, şişmiş... Yəqin, bu, işıqlandırmadan irəli gəlir. Özümü televizorda görəndə deyirəm: “Bu kimdir?”

- Sizin oğlanlarınız, yəqin, bilirlər ki, anaları seks-simvoldur. Onlar bu haqda nə düşünürlər?

- Xeyr, onların xəbəri yoxdur. Demək istəyirəm ki, onlar heç zaman “Malibu xilaskarı” filmini izləməyiblər. Lakin onlar “Borat” filminə baxmaq istəyirdilər, çünki onların bütün dostları bu filmi izləyib. Sonda filmə baxmalarına razılıq verib dedim: “”Borat” filminə baxmazdan əvvəl biz ciddi bir şeyi müzakirə etməliyik”. Mənim çılpaq çəkildiyim jurnallardan xəbərləri olduğunu dedilər, ondan sonra rahatladım. Lakin elə hesab edirəm ki, “Borat” uşaqlar üçün münasib film deyil. Bir şeyi də qeyd etmək lazımdır ki, biz kino industriyası ilə bağlı olan şəhərdə yaşayırıq və onların filmlərə baxması normaldır. Bununla belə, içimdə narahatçılıq olduğu üçün “Borat” filminə oturub onlarla baxmalı oldum. Çox xoşagəlməz hisslər keçirdim...

- Bəs digər filmlərdəki yataq səhnələri necə?..

- O səhnələrlə bağlı böyük səs-küy yaratdılar.

- İnternetlərdə yayımlanan videonuz haqda uşaqlarınıza demisiniz?

- Ev şəraitində çəkilmiş pornofilmi deyirsiniz? Bəli, onlara deməli oldum: “Sizin atanız və mən görüşərkən hər şeyi videoya çəkərdik. Biz çılpaq çəkilib dəlilik edər, qucaqlaşar və öpüşərdik. Sonra isə kimsə kaseti oğurladı”. Uşaqlarla oturub birgə videoyazıya baxmağımı xatırlayıram. Onda Dilan dedi: “Demək istəyirsən ki, bunu hamı görüb?” Mən cavab verdim: “Hə”.

- Siz onlara “Malibu xilaskarları” filmini izləməyə icazə vermirsiniz?

- Lap qoy baxsınlar, amma bu, onlara maraqlı gəlmir. Onlar “Borat” filmində əks olunan bir neçə epizoda baxıblar, vəssalam. Lakin “Malibu xilaskarları” əla serialdır. Mən hətta oğlanlardan ibarət “Malibu xilaskarları” layihəsini hazırlamağı da planlaşdırmışam. Televiziyaya olan marağım günü bu günədək azalmır.

- Uşaqlarınız sizdən “seks-bombanın” nə olduğunu soruşmayıb?

- Xeyr. Onlar məndə seks-bombalıq görmür. Mən onlar üçün sadəcə anayam. Onların ardınca məktəbə göbəyə kimi yarığı olan gecə paltarında gəlmirəm, adicə cins şalvar və gödəkcə geyirəm. Əlbəttə, paparazzinin nə olduğunu bilirlər, çünki onları hər gün görürlər. Uşaqlar hər zaman yanımdadır və mənim nə ilə məşğul olduğumdan xəbərdardırlar. Onlar mən və ataları haqda hər hansı bir xəbər alanda belə şoka düşmürlər.

- Siz çox işləyirsiniz. Bəs uşaqlarınızı tərbiyə etməyə vaxtınız qalır?

- Elə görünə bilər ki, mən dəlicəsinə çox işləyirəm. Deyərdim, daha çox dincəlirəm. Mənim boş vaxtım çoxdur və PETA (heyvanların müdafiəsi təşkilatı) üçün çox şeylər edirəm. Mənim üçün əsas təşkilatdır. Bundan əlavə, günümün çoxunu məktəbdə keçirirəm, volantyor kimi işləyirəm. Pulu haradan qazanmağım özümə də maraqlı gəlir. Məsələn, “Borat”da pula görə çəkilməmişəm. Lakin Veqas şousunda çəkilmək planım var. Bax orada külli miqdarda pul qazanacağam.

- Deyin, ailə sizin üçün çox önəmlidirmi?

- Sizə necə deyim... “Hə” deyə bilərəm, çünki mənim 2 vəhşi oğlum var. Mənim bütün gücüm onların tərbiyəsinə gedir. Məndən başqa heç kim onların öhdəsindən gələ bilmir. Ona görə də özümə köməkçi götürmürəm.

- Siz rok ulduzlarla evli olmusunuz. Sizə məhz belə kişilər xoş gəlir?

- Bəli, lakin indi daha çox idmançı kişiləri bəyənirəm. Bu yaxınlarda isə dostlarıma dedim ki, bundan sonra adi insanlarla görüşəcəyəm.

- Siz şou-biznesdən kənar olan insanlarla görüşə bilərsiniz?

- Bu suala birbaşa cavab vermək bir qədər çətindir. Mən Tommi və Bob ilə sevgili olmuşam, çünki onlar hər vəchlə məni qazanmağa çalışıb. Sevgilərini etiraf etmək üçün gün ərzində 40-50 dəfə zəng edərdilər. Və bu, kişilərlə olan münasibətlərimdə bir iz qoydu. Adi kişilərlə görüşəndə fikirləşirsən ki, görəsən, o, sənə layiqli diqqəti ayıracaqmı? Sözün düzünü desəm, elə indinin özündə də, mən gümrah kanadalı (Pamela əslən Kanadadandır – red.) sadə oğlanla görüşmək istərdim.

- İnsanların sizə qarşı ciddi olmasını istərdinizmi?

- Heç zaman (gülür). Bu heç mənim ağlıma da gəlməyib.

- “Malibu xilaskarları” filmində geyindiyiniz çimərlik geyimini saxlayırsınız?

- Bəli. Çəkildiyim reklam çarxında həmin çimərlik geyimlərindən birini geyinmişdim. Sözün düzü, çimərlik geyimindən yalnız biri qalıb. Yerdə qalanları qarətçi oğurlayıb. Hansısa bir başıboş fetişçi. Çox heyf, bəzən onları geyinib sevdiyim insanları əyləndirərdim. Çox yaxşı çimərlik geyimləri idi, əynimə tikilmişdi. Sonuncu çəkilişlərin birində mənə nəhəng büstqalteri olan qırmızı rəngli çimərlik geyimi gətirdilər. Mən onlara dedim: “Sizcə, mən son illərdə kəskin dəyişmişəm?” Çimərlik geyimini anama verəsi oldum, tam onun əyninə idi.

- Məşhurluğunuz sizi nə vaxtsa qıcıqlandırıb?

- Pornovideomu oğurlayanda mən Dilana hamilə idim. Məhkəmə zalına gəlib bütün vəkillərin iri planda mənə və yanımda dayanan lüt kişiyə baxdığını gördüm. Və onda öz-özümə dedim: “Mən daha belə bacarmıram”. Bu hadisə mənim evlilik həyatıma da təsir etdi, çox dəlisov zamanlar idi. Onda qərara gəldim ki, bütün fikirlərimi evə yönəldib uşaqlarımla məşğul olum və evdə oturum.

- Sizə elə gəlir ki, adi həyat tərzi sürürsünüz?

- Bəli. İndi mənim adi ev həyatım var. Yeməyi özüm hazırlayıram, uşaqlarıma baxıram və bu mənim çox xoşuma gəlir.

- Siz yaxşı yemək hazırlayırsınız?

- Mənim böyük oğlum daha yaxşı hazırlayır. O, bir dəfə mənə əla bir qayğanaq bişirmişdi. Əlbəttə, o yuxudan duran kimi birinci itini yedirib, sonra mənim üçün qayğanaq hazırlamışdı. Hər dəfə nəsə hazırlayırıq: salat ya makaron. Heç kim inana bilmir ki, mənim oğullarım bu yeməklərlə qidalanır. Onlar fastfudların yetişdirdiyi uşaqlar deyil.

- Sarışınlar haqda lətifələr sizi qıcıqlandırır?

- Əsla. Hər şeyə yumor hissi ilə yanaşmaq lazımdır. Sarışınlar haqda lətifələrə sevə-sevə qulaq asıram.

- Lakin siz qeyri-adi sarışınsınız. Digərlərindən ağıllısınız...

- Hər şey nəslimdən irəli gəlir. Atam və digər qohumlarım “Mensa”-ın (intellektualların beynəlxalq təşkilatı) üzvü olub. Yəqin ona görə də, oğlanlarım belə ağıllıdır.

- Sizin özünüz “Mensa”-ya qəbul olmaq istəmirsiniz?

- İlahi, mənim o qədər planlarım var ki! Mən daşınmaz əmlakla məşğul olmaq istəyirəm. Kanada və Malibuda evlər tikəcəyəm. Veqasda da bir neçə planım var. Kaliforniyada yaxtası olan balaca evlər tikirəm.

Tərcümə: Nərmin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm