Azərbaycana 2,5 milyon əcənəbi gəlib
Bizi izləyin

Tabloid.az

Azərbaycana 2,5 milyon əcənəbi gəlib

2006-cı ildən bugünə kimi Azərbaycana gələn xarici vətəndaşların sayı 1 193 742 nəfərdən 2 508 904 nəfərə çatıb.

Bu barədə Publika.az-a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib. Onların turizm məqsədilə ölkəmizdə çəkdikləri xərclər 91 mln.manatdan 1,2 mlrd. manata çatıb.

Ölkədə fəaliyyət göstərən mehmanxana v əmehmanxana tipli müəssisələrin sayı 288-dən 527-ə, sözügedən obyektlərdə yerlərin ümumi sayı 24 706-dən 34 731-ə, turizm sahəsində çalışan işçilərin sayı isə 5 117-dən 9 847-ə çatıb.

Nazirlik turizm sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi üçün "Turizm haqqında" yeni qanun layihəsi hazırlayıb. Ümumdünya Turizm Təşkilatının və Avropa İttifaqının "Tvininq" layihəsini nekspertlərinin təklif və tövsiyələrinin yer aldığı "Turizm haqqında" yeni qanun layihəsində müasir turizm sənayesinin daha effektli idarə olunması üçün mühüm institusional, tənzimləyici yeniliklər və qabaqcıl təcrübələr öz əksini tapıb. Qanun layihəsində institusional yeniliklər kimi, turizm və rekreasiya zonalarının, turizm bürolarının, sosial turizm komissiyalarının, dövlət mülkiyyətində olmayan turizm informasiya mərkəzlərinin və turizmin formasiya-biznes mərkəzlərinin yaradılması, elmi tədqiqatların aparılması üçün müvafiq qurumların təsis edilməsi və s. müddəalar yer alıb.

Azərbaycanın turizm sənayesinin yaxın on il üçün əsas inkişaf istiqamətlərini müəyyən edən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanmış digər bir mühüm sənəd "2015-2024-cü illər üçün Azərbaycanda turizmin inkişaf strategiyası"dır. Turizmin inkişaf strategiyası Azərbaycanda turizm sənayesinin mövcud vəziyyəti, inkişaf potensialı, turizmin inkişafında hökumətin rolu, maraqlı tərəflər arasında potensial əməkdaşlıq formaları və bu əməkdaşlıqların uğurla qurulması metodları və birsıra digər mühüm inkişaf istiqamətlərini əks etdirən sənəddir.

Hər iki sənəd hazırda daxili proseduralardan keçir və sonra həm ictimaiyyətə, həm də Milli Məclisə təqdim ediləcək.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm