Aparıcı Mikayıl efirdə “Keyxanım”ın nişanlısını döydü - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Aparıcı Mikayıl efirdə “Keyxanım”ın nişanlısını döydü - FOTOLAR

Space-də yayımlanan “Gülə-gülə” verilişinin çəkilişi zamanı dava düşüb.

Publika.az xəbər verir ki, Xəyalə Quliyevanın aparıcısı olduğu proqramın “Ulduzla zarafat” rubrikasının bu dəfəki hədəfi elə həmin telekanalın “Sevimli şou” verilişinin aparıcısı Mikayıl Güləddinoğlu olub. “Gülə-gülə” komandasının ssenarisinə əsasən Mikayılın razılığı olmadan onun verilişinin formatına dəyişikliklər edilib, qonaqlar studiyaya “Vağzalı” sədaları altında gətirilib. Bundan xəbər tutan Mikayıl qarşı tərəfə iradını bildirib.

Qarşı tərəf isə inad edərək haqlı olduqlarını isbatlamağa çalışıblar. Tərəflər ortaq məxrəcə gələ bilməyincə, Mikayıl və verilişin musiqiçiləri “Gülə-gülə” komandasının üzvlərini əzişdiriblər. Dava zamanı tərəflər bir-birinə qarşı təhqiramiz ifadələr işlətməkdən belə çəkinməyiblər. Baş verənlərin zarafat olduğunu bilən teleaparıcı vəziyyətdən gülümsəyərək çıxıb: “Elə də ciddi-ciddi danışdınız ki, inandım. Ona görə də əsəbləşdim”.

Qeyd edək ki, “Gülə-gülə” verilişinin sözügedən rubrikasının aparıcısı tanınmış aktrisa, əksəriyyətin “Keyxanım” kimi tanıdığı Ülviyyə Əliyevadır.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm