Azərbaycanlı modellə türk bəstəkarı nə bağlayır? – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Azərbaycanlı modellə türk bəstəkarı nə bağlayır? – FOTOLAR

Azərbaycanlı model və müğənni Ləman Əlizadə hazırda Türkiyədədir.

Bu barədə Publika.az-a L.Əlizadə məlumat verib. Sənətçi bildirib ki, qardaş ölkəyə səfərinin məqsədi Türkiyənin tanınmış bəstəkarlarından olan Ümit Sayından aldığı mahnını yazdırmaqdır:


“Mahnı “Benim neyim eskik” adlanır. Çox ürəyimcə olan bəstədir. Əvvəli lirik başlayır və ardınca ritmik gəlir. İnanıram ki, bu mahnı tezliklə Bakıda, Azərbaycanda seviləcək və mənim vizit kartım olacaq”.

Qeyd edək ki, L.Əlizadə Azərbaycanda peşəkar modelliklə məşğul olub.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm