• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Azərbaycan ailəsi - 2015” film festivalı başlayır

“Azərbaycan ailəsi - 2015” film festivalı başlayır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycan ailəsi - 2015” film festivalına dekabrın 24-də start verilib.


Publika.az-ın məlumatına görə, festival çərçivəsində “Həyatdan şəkilə” mövzusunda foto-müsabiqə də keçirilir.


Film festivalın açılış mərasimində çıxış edən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Fərəh Əliyeva Universitetin hər il bu festivala ev sahibliyi etdiyi üçün məmnun olduğunu bildirib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva film festivalın 2009-cu ildən böyük uğurla həyata keçirildiyini diqqətə çatdırıb.


Qeyd olunub ki, festivalın əsas məqsədi dövlət ailə siyasətinin həyata keçirilməsi, milli-mənəvi dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, ailədə sülh və dözümlülük mədəniyyətinin təbliğidir.


Mərasim iştirakçıları festivalın və foto müsabiqənin əsasnaməsi ilə tanış olub, müvafiq təkliflər veriblər.

Cəvahir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR