• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

İradə sirr açdı: “Həyat yoldaşım onlardan məni qoruyur” – FOTOLAR

İradə sirr açdı: “Həyat yoldaşım onlardan məni qoruyur” – FOTOLAR

Türkiyədə yaşayan azərbaycanlı müğənni İradə İbrahimova jurnalistləri başına cəm edib yeni klipini üzə çıxarıb.

Publika.az-ın məlumatına görə, “Sənələr” adlı bəstənin sözləri İsra Gülümsərə, musiqisi Heyreyə, aranjimanı isə Tolqa Çelikə məxsusdur.

Jurnalistləri salamlayan ifaçı Bakıda – doğma elində-obasında olduğuna görə çox sevindiyini deyib. O həmçinin indən belə media mənsubları ilə tez-tez görüşəcəyinə söz verib: ”4 ildir ki, sənətdən uzaq idim. Səbəbi isə başımın şəxsi həyatıma qarışması idi. Mən yalnız müğənni deyiləm, eyni zamanda anayam, qızım, həyat yoldaşım var. Onlara da zaman ayırmalıyam. Amma sənətimi də yaddan çıxarmıram. Artıq bu gündən etibarən yenidən yaradıcılığa start vermişəm. Bu gün yeni klipi təqdim edirəm. Düşünürəm ki, sevənlərim bəyənəcək. Türkiyədə tanınmış sənətçilərdən Ozan Çolakoğlu, Sərdar Ortacdan və digərlərindən mahnı oxumuşam. Həmin bəstələri də bir-bir təqdim edəcəyəm”.

İradə yeni layihələri barədə danışıb. Öyrəndik ki, müğənninin “Olmamalıydı” adlı klipi də yaxın müddətdə ekranlara çıxacaq. Bundan əlavə, ifaçının 5 mahnısı ardıcıl şəkildə tamaşaçılara təqdim olunacaq.

Yeni klipə gəlincə, “Sənələr” klipin resjissoru Gülşən Aybabadır. O, keçmiş futbolçu "Beşiktaş" klubunun texniki direktoru Samet Aybabanın qızıdır.

Maraqlıdır, İradə Türkiyədə çəkilən kliplərlə Azərbaycanda çəkilən kliplər arasında fərq görürmü?

Əslində, yerli və türk rejissorlarının yaradıcılıq işləri arasında heç bir fərq görmədiyini deyən müğənni suala belə aydınlıq gətirdi: “Hər bir müğənni fərqlənmək, dəyişmək arzusunda olur. Buna görə də, ölkə xaricində kliplər çəkdirir. Amma mən bu kliplər arasında fərq görmürəm. Sadəcə, dəyişmək istəyi, yenilik arzusu müğənnini xarici rejissora müraciət etməyə həvəsləndirir. Bizim musiqilərdən heç yerdə yoxdur. Musiqilərimizdə olan duyğu heç bir ölkədə yoxdur. Sadəcə, texnologiya baxımından bir qədər geridə qalırıq”.

İradə arzularından da danışıb. Qeyd edib ki, maddi cəhətdən imkanı olsa, Londanda mahnılar yazdırardı. O, ümumiyyətlə, türk sənətçilərinin Londona böyük önəm verdiyini bildirib: “Türklər Londonu musiqinin mərkəzi sayırlar. Və hər bir müğənni Londonda hansısa bir yaradıcılıq işini gerçəkləşdirmək istəyir. Elə mən özüm də bu arzu ilə yaşayıram”.

Müğənni həyat yoldaşının ona hər zaman dəstək olmasından da söz açıb. Deyib ki, Türkiyədə tanınmaq çox çətindir: “Türklər üçün fərqi yoxdur, hansısa müğənni öz ölkəsində ulduzdur, ya yox. Onlar həmin müğənni ilə sıfırdan işbirliyinə başlayır. Amma mənim üçün belə bir problem yaşanmadı. Çünki arxamda həyat yoldaşım Ceyhun var və onun türk olması mənə çox kömək oldu. Ceyhun hər zaman məni qoruyur”.

İradə həm Azərbaycanda, həm də Türkiyədə yeni kliplər çəkdirəcəyini deyib. Belə anladıq ki, Türkiyədə yaşasa da, azərbaycanlı müğənnimiz boş oturmayacaq, durmadan yaradıcılıq istəklərini gerçəkləşdirəcək. Belə demək mümkün olarsa, İradə 2015-ci ilin hitlərini özü təqdim edəcək.

Nə deyirik ki… Təki qulağımız keyfiyyətli musiqilərlə dincəlsin.

Cəvahir Səlimqızı

Fotolar müəllifindir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR