Xalq artistindən etiraf: “Ərim də yoxdur ki...”
Bizi izləyin

Tabloid.az

Xalq artistindən etiraf: “Ərim də yoxdur ki...”

Xalq artisti Zöhrə Abdullayeva toysuzluqdan gileylənib.

Publika.az-a danışan sənətçi son vaxtlar toylarının azaldığını deyir: “Axır vaxtlar məni toya çağıran yoxdur. Çağıran da deyir ki, gəl havayı oxu. Bir də görürsən hansısa məclisdə kiminləsə yanaşı otururam, səhəri gün mənə yaxınlaşır ki, gəl uşağımın xeyir işində havayı oxu. Bir dəfə o havayı toylardan birinə getmişdim, gördüm ki, Nadir Qafarzadə də oradadır.

Soruşdum ki, Nadirə nə qədər pul boyun olub, toya gətirmisən? Qayıtdı ki 12 min. Dedim ki, nə təhər olur, Nadirə 12 min manat verib toya gətirirsən, amma mənə bir qəpik vermirsən? Mənim də pula ehtiyacım var. Havayı dolanmalıyam? Ərim də yoxdur ki, pulu ondan alım. Onda da gərək sponsorun ola, o da mənlik deyil”.

Zöhrə Abdullayeva sevgisizlikdən də gileyləndi: “Ürəyimdə sevgi yoxdur”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm