• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Tellidən şok etiraf: “Ölürəm “nervili” kişilərdən ötrü”

Tellidən şok etiraf: “Ölürəm “nervili” kişilərdən ötrü”

Aşıq Telli Borçalı maraqlı açıqlamaları ilə hər kəsi təəccübləndirib.

Publika.az-ın məlumatına görə, Telli ATV-nin “Səs verməyin” verilişində arzuladığı kişinin xüsusiyyətlərini sadalayıb: ”Ölürəm “nervili”, ciddi kişilərdən ötrü. Kişi elə olmalıdır ki, onun “blokda” ayaqlarının tappıltısı gələndə mən qapının ağzında “smirna” dayanım. Yoxsa ki, kişinin evə gəldiyi-gəlmədiyi bilinmirsə, o nə kişidir”.

Gələcək qayınanasını da yaddan çıxarmayan Telli onu çox sevəcəyini bildirib: “Ölürəm qayınanadan ötrü. Çünki anamı da çox istəyirəm. Ana özü də axı kiminsə qayınanasıdır. Qayınanamı “Ceyran”ımla yatızdırıb, durquzmalıyam”.

Amma baldız məsələsində Telli fikrə gedib və onu çox istəyib-istəməyəcəyi barədə sualı cavabsız qoyub.

Cəvahir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR