Bəstəkar bir gündə iki klipini üzə çıxardı -FOTOLAR
Bizi izləyin

Tabloid.az

Bəstəkar bir gündə iki klipini üzə çıxardı -FOTOLAR

Suraxanı rayonu Heydər Əliyev Mərkəzində rayon icra hakimiyyətinin və Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun birgə təşkilatçılığı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə keçirilən tədbir çərçivəsində bəstəkar Sevinc Tofiqqızının iki klipinin təqdimatı olub.

Publika.az-ın məlumatına görə, Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunan “Ulu öndər-Xatirələr” və Prezidentin doğum gününə həsr etdiyi “İlhamlı Azərbaycanım” kliplərinin təqdimat mərasimində Suraxanı rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Hüseynova, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni və digər ictimai xadimlər iştirak edib.

Daha sonra bəstəkar Sevinc Tofiqqızının bəstələdiyi mahnıları ifa edən müğənnilər Rəşad İlyasov, Aysel Əlizadə, Şəbnəm, Aslan Hüseynov maraqlı konsert proqramı ilə çıxış edərək, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə soydaşlarımızı təbrik ediblər.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm