“Bu il 50-yə yaxın yubiley tədbiri keçirilib”
Bizi izləyin

Tabloid.az

“Bu il 50-yə yaxın yubiley tədbiri keçirilib”

“2014-cü il mədəniyyət və turizm sahəsində maraqlı, zəngin hadisələrlə, keçirilən geniş miqyaslı tədbirlərlə yadda qalıb. Bu tədbirlərin keçirilməsi Azərbaycanı dünyada yüksək səviyyəli tədbirlər məkanına çevirib. Bütün görülən işlərin, keçirilən tədbirlərin arxasında insan əməyi, dövlətin siyasəti durur”.

Publika.az xəbər verir ki, bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 2014-cü ildə mədəniyyət sahəsində görülən işlərin hesabatını verərkən deyib. Onun sözlərinə görə, bu il Prezident İlham Əliyevin sərəncamları ilə 20-yə yaxın yubiley tədbiri keçirilib: “Bununla yanaşı, nazirlik də müxtəlif yubiley tədbirləri təşkil edib. Ümumi olaraq il ərzində 50-yə yaxın yubiley tədbiri keçirilib”.

Nazir qeyd edib ki, gələn il mədəniyyət və turizm sahəsində görüləcək işlər bu gün keçirilən kollegiya iclasında geniş müzakirə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm