Nazəninin həyat yoldaşı: “Təranə Qumralın intim mesajlarını üzə çıxaracağam” - ÖZƏL
Bizi izləyin

Tabloid.az

Nazəninin həyat yoldaşı: “Təranə Qumralın intim mesajlarını üzə çıxaracağam” - ÖZƏL

Aralarında qalmaqal yaşanan müğənni Nazəninlə Təranə Qumralın məhkəmə prosesi bu gün keçirilib.

Bu barədə Publika.az-a Nazəninin vəkili Adəm Məmmədov məlumat verib.

Onun sözlərinə görə, məhkəmə linqvistik ekspertiza təyin edib. Məhkəmənin rəyi bilinənə qədər növbəti proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Vəkil onu da bildirdi ki, bundan öncə keçirilən məhkəmə prosesində Nazəninin həyat yoldaşı da iştirak edib. Onun şahid qismində ifadəsi alınıb.

Qeyd edək ki, Təranə Qumral Nazəninin həyat yoldaşı ilə rəsmi nikahda olmadığını deyib. Amma vəkilin dediyinə görə, o, rəsmən Nazəninin həyat yoldaşı kimi ifadə verib.

Bu barədə Publika.az-a Nazəninin həyat yoldaşı da danışıb. Amma işgüzar nüfuzunu nəzərə alaraq ad və soyadının yazılmamasını istəyib: “Mən istəmirdim ki, bu məsələ bu qədər ictimailəşsin. Amma ailəmin adına ləkə gətirildiyi üçün məcburən ifadə verməli oldum. Ailəmə atılan böhtan təmizə çıxarılacaq, həqiqət ortaya çıxacaq. Nazəninin həyat yoldaşı kimi hər zaman onun arxasında dayanmışam. Heç kim ona böhtan ata bilməz”.

Qeyd edək ki, məhkəmə tərəfindən Nazəninin həyat yoldaşına Təranə Qumral tərəfindən göndərilən intim mesajlar da araşdırılacaq.

Alidə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm