Məşhur rəqqasənin ad günüdür – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Məşhur rəqqasənin ad günüdür – FOTOLAR

Bu gün Azərbaycan səhnəsinin ən gözəl rəqqasələrindən biri - xalq artisti Əminə Dilbazinin doğum günüdür. Rəqqasənin Azərbaycan mədəniyyətinin inkişafında misilsiz xidmətləri olub.

Əminə Dilbazi dekabrın 26-da 1919-cu ildə Qazaxda anadan olub. 1935-ci ildə ilk dəfə səhnəyə çıxaraq Üzeyir Hacıbəylinin bəstələdiyi “Kolxoz çölləri” mahnısını ifa edib. Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Dövlət Rəqs ansamblının solisti, sonralar isə rəqs qrupunun rəhbəri olub. 1959-cu ildə Azərbaycan Tibb İnstitutunun yaratdığı “Çinar” tələbə rəqs kollektivinə rəhbərlik edib.

1957-ci ildə “Sevinc” qızlar ansamblını yaradıb. 1949 -cu ildən Xoreoqrafiya Məktəbində pedaqoji fəaliyyət göstərib. 1957-ci ildə Moskvada tələbə və gənclərin 6-cı ümumdünya festivalında qızıl medala layiq görülüb.

Əminə Dilbazi bir çox filmlərdə rəqslərə quruluş verib. Onun oynadığı “İnnabı”, “Tərəkəmə”, “Turacı”, “Naz eləmə” rəqsləri xüsusilə məşhurdur.

Repertuarına rus, ukrayna, özbək və ərəb rəqsləri də daxil olan Əminə Dilbazi “Leyli və Məcnun”, “Arşın Mal Alan” və “O olmasın, bu olsun” komediyaları və sair əsərlərdə də rəqslərə quruluş verib.

Rəqqasə 2010-cu il aprelin 30-da Bakıda vəfat edib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm