• USD 1,7339 0,00% EUR 1,8297 0,00%
    • GBP 2,2001 0,00% RUB 0,0270 0,00%

Şou-biznes xanımları pəhriz sirlərini açıqladılar – Sorğu- Foto

Şou-biznes xanımları pəhriz sirlərini açıqladılar – Sorğu- Foto

Şou-biznesin xanım nümayəndələri cəmiyyətdə daha çox diqqət mərkəzində olan zümrədir. Onlar özlərinə diqqət yetirməli, çəkilərini normada saxlamağı bacarmalıdırlar. İş yorğunluğu, gecə proqramlarının çox olması, artıq yeməyə meylli olmaq onların görünüşünü korlayır. Tanınmış simaların hər biri fərqli pəhriz üsullarından istifadə edir.

Xalq artisti Məleykə Əsədova maraqlı cavab verib: “Gün ərzində beş dəfə yemək lazımdır. Amma az-az yeməli, meyvə, tərəvəz məhsullarından istifadə edilməlidir. Mən gündə beş dəfə, hətta gecə yarısı yeyirəm. Yedikdən sonra yatmasınlar, gəzsinlər, hərəkət etsinlər”.

Natavan Həbibi: “Mən son zamanlar daha çox arıqlamışam. Konsertə hazırlaşıram. Mən iş görəndə çay içir, meyvə yeyirəm, ancaq yemək yemirəm. Heç nə yeyə bilmirəm. Pəhrizimin ən böyük sirri ananasdır. Yeməkdən sonra bir-iki dilim ananas yeyin”.

Müğənni Elnarə Xəlilova: “6 ay ərzində 60 kiloqram olmaq fikrindəyəm. Sürətli arıqlamağın tərəfdarı deyiləm. Həm də ac olanda əsəbi oluram. Axşam saat 18:00-dək ac qalmağınız vacib şərtdir”.

Teleaparıcı Vüsalə Əlizadə: “Heç bir idmanla məşğul olmuram, pəhriz saxlamıram. Gün ərzində hərəkətli olmağım məni belə saxlayır”.

Prodüser Təranə Səmədova: “ 20-25 kilo daha arıqlamaq niyyətindəyəm”.

Çəki atmağa görə iki üsuldan istifadə edən prodüser - ilk növbədə idman daha sonra pəhrizin düzgün olmalıdır -deyir.

Şou-biznesin bəzi xanım nümayəndələrinin pəhriz üsulları ilə tanış olduq. Ekspert Ceyhun Vəliyev şou-biznes xanımlarına belə məsləhət verir:

“Qida ilə bağlı problemləri olduğunu özləri də qəbul edən şou-biznes nümayəndələrinin əsas problemi gecə gec saatlarına qədər qida qəbul edib, sabah günortaya yaxın yuxudan oyanmalıdır.

Bildiyimiz kimi gecə saat 3-dən sonra yatan zaman beyin hüceyrələri dayanır, amma məclislərin gec bitdiyindən şou əhlini başa düşmək olar. Ancaq bunu qəbul etməlidirlər ki, bu hər gün təkrarlanmır. Gecə gec saatlarında yatmağa öyrəşən şou nümayəndələri sadəcə bunu vərdiş halına çeviriblər. Günə enerjili başlamaq üçün gərək şou əhli səhər tezdən dursun, yulaf, yumurta ağı, meyvə suyu və qəhvə kimi qidalar qəbul etsinlər. Günün 1-ci yarısına nisbətən, 2-ci yarısında insan zəifləyir.

Orqanizm gecə saatlarında alınan qidanı həzm etməkdə çox çətinlik çəkir. Buna görə də gecə yeyilən qidalar, məclislərdə çeşidli təamların olması, suyun yemək vaxtı çox qəbul edilməsi, alkoqolun qəbulu çox olduğuna görə yağlanma, xolesterin kimi problemlər gələcəkdə fəsadlarını verəcək. Məsləhət odur ki, axşam məclisləri olmayan günlərdə köhnə vərdişlərindən əl çəkib, daha tez yatıb sabah günə daha tez başlasınlar”.

Elvin Elxan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR