Cəlilabadda Sasani şahlarının pulu tapılıb
Bizi izləyin

Tabloid.az

Cəlilabadda Sasani şahlarının pulu tapılıb

Cəlilabad rayonu Şatırlı kəndində təsərrüfat işləri zamanı VII-VIII əsrlərə aid gümüş pullar tapılıb.

Şatırlı kənd tam orta məktəbin tarix müəllimi Elşad Əmənov AzərTAc-a verdiyi məlumatda bu pulların Sasani şahlarına aid olduğunu deyib. O bildirib ki, bu ərazidə digər arxeoloji tapıntılara rast gəlinsə də gümüş pullar ilk dəfədir üzə çıxır.

Tarix müəllimi onu da qeyd edib ki, bu pulların oxşarlarından Bizans hökmdarı II Feodosi dövründə də istifadə edilib. Tapılan sikkələr Avropa ilə ticarət marşrutlarının bu ərazilərdən keçdiyini göstərir. Tarixçinin sözlərinə görə, bu pullardan yerli sakinlər də ticarət zamanı istifadə ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm