“Səndən ilham alıram” deyib oxudular – FOTOLAR
Bizi izləyin

Tabloid.az

“Səndən ilham alıram” deyib oxudular – FOTOLAR

M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında “Səndən ilham alıram” adlı konsert proqramı təqdim olunub.

Publika.az-ın məlumatına görə, konsert xalq artisti Azər Zeynalov, Məhbubə Kərimli (Mila) və digər sənətçilərin çıxışı ilə yadda qalıb.

Eyni zamanda, F.Əmirov adına Əməkdar Kollektiv, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin ifasında bəstəkarlarımızın əsərləri səsləndirilib.

Onu da deyək ki, konsertin bədii rəhbəri və baş dirijoru xalq artisti Ağaverdi Paşayev, baletmeyster xalq artisti Cəmilə Bayramova, xormeyster Fəxrəddin Atayev olub. Konsert Vasif Allahverdiyevin “Azərbaycan torpağıyam” mahnısı ilə başlanıb. Mahnı və rəqs ansamblının qızlardan ibarət rəqs qrupunun təqdim etdiyi Fikrət Əmirovun “Qavalla rəqs”i konsertə xüsusi ovqat qatıb.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm