Fikrət Qocanı İtaliyada oxuyacaqlar
Bizi izləyin

Tabloid.az

Fikrət Qocanı İtaliyada oxuyacaqlar

Azərbaycanın xalq şairi Fikrət Qocanın şeirləri İtaliyada nəşr olunan “...Voci dall est...” (”Şərqin səsləri”) kitabında yer alıb.

AYB-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, “Treditre Editori” nəşriyyatında çap olunan kitabın üz qabığında Franko Marrokkonun “Büllur güllü bağ”, axırıncı səhifəsində Serena Nononun “Ağcaqayınlar” tabloları verilib.

Kitabda F.Qoca ilə yanaşı, Viktor Permiakovun şeirləri də yer alıb.

Şeirləri italyan dilinə Davide Gualtieri tərcümə edib. Kitabda Davide Gualtierinin Fikrət Qocanın və Viktor Permiakovun yaradıcılıqları haqqında məqalələri də çap olunub.

Fikrət Qocanın kitabda yer alan “Haqdan soruşur”, “Görmürəm”, “Nuhun gəmisidi yer üzü”, “Fırlanıram vals, vals, vals”, “Bu yaşımda, bu gün”, “Yarımçıq iş” şeirləri İtaliya oxucularının ixtiyarına verilib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm