“Cənab qızıl şlyager”in ad günüdür - FOTOLAR+VİDEO
Bizi izləyin

Tabloid.az

“Cənab qızıl şlyager”in ad günüdür - FOTOLAR+VİDEO

Bu gün sevilən müğənni, xalq artisti, estradamızın bir nömrəli sənətçisi Faiq Ağayevin doğum günüdür.

Adətən, doğum gününü konsert salonlarında sevənləri ilə birgə qeyd edən “Cənab qızıl şlyager” bu dəfə 43 yaşının sevincini doğmaları ilə birgə yaşayıb.

Publika.az-ın məlumatına görə, Faiq Ağayev 1971-cı il dekabrın 29-da Bakıda anadan olub. Peşəkar səhnəyə 1988-ci ildə gəlib. Həmin il “Bakı Payızı-88” respublika müsabiqəsinin qalibi olub. Bu müsabiqədən sonra “Qızıl Payız-89” respublika müsabiqəsində, Beynəlxalq “Vitebsk-90” müsabiqəsində, Beynəlxalq “Yalta-92” televiziya müsabiqəsində də qalib gələrək, hələ tələbə ikən peşəkar ifaçı kimi ad qazanıb.

1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr aktyoru fakültəsini fərqlənmə diplomu ilə bitirib. Universiteti bitirdikdən sonra Klavdiya Şuljenko adına “Xarkov-95” Beynəlxalq Retro mahnılar müsabiqəsində və “Qızıl Şlyager”- Mogilyov- 96 Beynəlxalq müsabiqəsində də qalib gəlib.

Bundan sonra Faiq Ağayevin professional səhnə həyatında yüksəliş mərhələsi başlayıb. 1996-cı ildən o, Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin solistidir.

1995-ci ildə müğənninin “Ola bilməz” adlı ilk albomu çıxıb. Bu albomdan sonra 1996-cı ildə çıxan “Səni əvəz eləmir”, 1998-ci ildə çıxan “Vəfasızım”, 1999-cü ildə buraxılan “Faiq Ağayev – Seçmələr”, 2000-ci ildə çıxan “Minilliyin sonu...” və 2002-ci ildə işıq üzü görən “Tam məxfi” albomları müğənninin diskoqrafiyasında mühüm yer tutur.

1998-ci ildə Faiq Ağayev “İlin konserti” nominasiyasında, 1999-cu ildə isə “Dəşti” klipinə görə “İlin klipi” nominasiyasında “Humay” Milli Mükafatının sahibi olur. Həmçinin 1999-cu ildə o, “İlin müğənnisi” nominasiyasında “Grand” Milli Mükafatını qazanır.

2000-ci ildə “İlin müğənnisi” nominasiyasında “Qızıl Mikrofon” Milli Mükafatını qazanan Faiq Ağayev 2001-ci ildə “İlin müğənnisi”, “İlin albomu” (“Minilliyin sonu...”) və “İlin konserti” (“Əsrin və minilliyin son konserti”) nominasiyalarında “Grand” Milli Mükafatı sahibi olur.

Pərəstişkarları arasında “Cənab Qızıl Şlyager” adını qazanan Faiq Ağayev yaradıcılıq fəaliyyəti ərzində 120-dən çox solo konsert verib.

2007-ci il 7-12 yanvar tarixlərində Heydər Əliyev Sarayında 5 günlük solo konsert keçirməklə Faiq Ağayev Azərbaycan musiqi tarixində rekord müddət müəyyən edib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm