İbrahim Tatlısəs danışıq qabiliyyətini itirdi – FOTOLAR
Bizi izləyin

Tabloid.az

İbrahim Tatlısəs danışıq qabiliyyətini itirdi – FOTOLAR

Türkiyənin tanınmış müğənnisi və iş adamı İbrahim Tatlısəs keçirdiyi tibbi əməliyyatdan sonra uzun müddətdir ki, heç kəslə danışmır.

Publika.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, bu barədə İbrahim Tatlısəsin həyat yoldaşı Ayşegül Yıldız bildirib.

Onun sözlərinə görə, İbrahim Tatlısəs ona qarşı edilmiş sui-qəsd cəhdindən sonra ağır yaralanıb və boğaz və burnundan əməliyyat olunub: “Əməliyyatdan sonra hər 2 burun dəliyində problem yaşayan İbrahim Tatlısəsin dilində tutulmalar yaranıb. O, əvvəllər mahnı oxumaq üçün səs məşqləri edirdi. Son vaxtlar İbrahim Tatlısəs yuxu problemi yaşayır. Burnunun sol tərəfində problemlər yaranıb. Əməliyyatdan sonra Tatlısəs danışan zaman nəfəsi kəsilir. Uzun müddətdir ki, danışa bilmir, dili və nəfəsi tez-tez tutulur. Burnundan nəfəs alan zaman dediyi sözü yarımçıq kəsərək udqunur. Nəfəsi çatmadığı üçün danışması kəsilir, mahnı söyləməsi də çətinləşib”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm