Elza ilin son konsertini Türkiyədə verdi
Bizi izləyin

Tabloid.az

Elza ilin son konsertini Türkiyədə verdi

Əməkdar artist Elza Seyidcahan Türkiyədə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə keçirilən gecədə konsert proqramı ilə çıxış edib.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunan konsert Bəylikdüzü Mədəniyyət Mərkəzində baş tutub.

Təəssüratlarını Publika.az-a bölüşən sənətçi ilin son konsertində mükafata da layiq görülüb: “İlin son konsertini Türkiyədə verdim. Qardaş ölkədə məni sevən minlərlə pərəstişkar gördüm. Hər kəs məni alqışlayıb, konsertdən sonra şəkil çəkdirirdi. İnşallah, gələn il də Türkiyədə konsert proqramları ilə çıxış edəcəyəm. Yeni ilə yeni enerji ilə qədəm qoyacağam”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm