Azərbaycan şairlərinin şeirləri italyan dilində
Bizi izləyin

Tabloid.az

Azərbaycan şairlərinin şeirləri italyan dilində

Bu gün Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Milan şəhərində Cüzeppe Verdi Konservatoriyasının professoru Davide Qualtieri tərəfindən hazırlanmış Azərbaycan şairlərinin şeirlərindən ibarət “Çağdaş Azərbaycan poeziyası” kitabının təqdimat mərasimi keçirilib

Kitabda Qulu Ağsəs, Əjdər Ol, Zakir Fəxri, Həyat Şəmi, Ədalət Əsgəroğlu, Elşad Ərşadoğlu, Tofiq Abdin, Vaqif Bəhmənli, Feyziyyə, Laçın Məmişov, Bəsti Əlibəyli, Rafael Tağızadə, Elçin Mirzəbəyli, Sevinc Mürvətqızı, Rəşad Məcid, Məmməd Araz, Fikrət Qocanın şeirləri yer alıb.

Qeyd edək ki, fevral ayının 7-də Azırbyacan Yazıçılar Birliyinin katibləri Fikrət qoca və Rəşad Məcid kitabın İtalyanın Milan şəhərində keçirilən təqdimat mərasimində iştirak ediblər. Tədbirdə kitabda dərc olunmuş şeirlər Azərbaycan və İtalyan dilində səsləndirilib.

Kitabdakı şeirlərin sətri tərcüməsi Azərbaycan cəmiyyətinin sədri Mais Nuriyevə məxsusdur. Kitaba ön sözü İtalyanın məşhur türkoloqu QiamPiero Bellinceri yazıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm