ATV-də “Günahkar” axtarılacaq - FOTO
Bizi izləyin

Tabloid.az

ATV-də “Günahkar” axtarılacaq - FOTO

Dünən “Günahkar” serialının təqdimatı olub.

Publika.az xəbər verir ki, təqdimat mərasimində serialın yaradıcı heyəti, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.


Qeyd edək ki, serialın rejissoru Nicat Cəlilov, quruluşçu operatoru Nəriman Süleymanovdur. Ssenari isə Nicat Cəlilov və Namiq Əlioğluna məxsusdur. Serialda hadisələr təsadüf nəticəsində baş verən bir cinayətin üzərində cərəyan edir. Məhz həmin hadisə iki ailə arasında qan davasına çevrilir.


Xatırladaq ki, “Günahkar”ın baş rollarını Əli Əliyev və Kəmalə Quliyevə oynayırlar. Təqdimatda bildirilib ki, yanvarın 5-də ilk seriyası efirə gedəcək ekran işi 16 seriyadan ibarət olacaq.


İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm