Məşhur müğənnidən təyyarədə biabırçı hərəkət - FOTO
Bizi izləyin

Tabloid.az

Məşhur müğənnidən təyyarədə biabırçı hərəkət - FOTO

Türkiyənin məşhur müğənnisi və tez-tez adı qalmaqallarda hallanan Bülənt Ersoy bu dəfə təyyarədə stüardessalarla dalaşıb.

Türkiyə mətbuatının verdiyi məlumata görə, Antalyadan İstanbula gəlmək üçün təyyarəyə minən müğənni stüardessanın kəmərləri bağlamaq tələbini yerinə yetirməyib və onlarla dalaşıb.

Buna görə də pilot təyyarəni havaya qaldırmayıb və B.Ərsoya görə 1 saat təyyarə gecikib. Bundan qəzəblənən digər sərnişinlər də müğənni ilə dalaşıb.

Daha sonra müğənni kəmər taxmağa razı olub və uçuş həyata keçirilib.

Lakin sərnişinlər B.Ərsoyla bağlı Türk Hava Yollarına şikayət ediblər. (azvision.az)


Oxumağa davam et
Reklam
Reklam

Gündəm