Nüşabə Ələsgərli: “Elə söz deyərəm ki...”
Bizi izləyin

Tabloid.az

Nüşabə Ələsgərli: “Elə söz deyərəm ki...”

Əməkdar artist Nüşabə Ələsgərli qəzəblənib.

Publika.az-ın məlumatına görə, xanım sənətçini özündən çıxaran “Instagram” dostlarıdır.

Əməkdar artist belə insanların cavabını vermədiyini desə də, onlardan heç də qorxmadığını bildirib: “İnsanıq, bəzən ürəyimizdən keçir ki, sosial şəbəkədə fotolarımızı yerləşdirək, fikirlərimizi paylaşaq. Peşmanam ki, “Instagram”a yeni şəkillərimi qoyum. O saat altından ağızlarına gələni yazırlar. Məcbursan ya şəkilləri yığışdırasan, ya da cavablarını verəsən. Bəzən mən də onların sözlərinə uyğun cavablarını verirəm, amma dərhal da yazdıqlarımı pozuram. Çünki dərs dediyim tələbələrim gəlib durur gözümün qabağında. Fikirləşmişəm ki, müəlliməm, tələbələrim var və bu cavablar mənə yaraşmaz. Yoxsa kiminsə cavabını verməyə sözüm də var. Heç kimdən qorxmuram. Elə söz deyərəm ki, dəymişi dura-dura, kalı tökülər”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm