Ruhinin verilişi niyə dayandı? – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Ruhinin verilişi niyə dayandı? – FOTOLAR

Ötən il ATV telekanalında yayımlanan, aparıcısı və layihə rəhbəri Ruhi Əliyeva olan “Dəb Siz” verilişi bu ildən etibarən yayımını dayandırır.

Verilişin qaydalarına uyğun olaraq, hakim obrazında çıxış edən Ruhinin Publika.az-a verdiyi xəbərə görə, başa çatan layihənin nəticələri onu qane edib: “Mənimlə çalışan hər kəsə, bütün komandaya təşəkkür edirəm. Ümidvaram ki, ötən mövsüm də xanımlarımız üçün nələrsə edə bildik. Onları gözəl görmək məni çox sevindirir”.

“Dəb ikonası” kimi tanınan Ruhi Əliyeva yaxın aylarda daha bir layihə ilə tamaşaçıların qarşısına çıxacağını açıqlayıb: “Bir az dincəlməyə ehtiyacım var. Amma tamaşaçılarıma, xüsusilə xanımlara söz sevirəm ki, onlar üçün daha da faydalı proyektlə qayıdacağam. Hələlik layihə barədə təfərrüatı ilə danışmağa tələsmirəm. Bircə onu deyə bilərəm ki, yenə də güclü və peşəkar komanda, fərqli layihə ilə görüşünüzə gələcəyik”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm