Aygün “O səs Türkiyə”nin duelində qalib oldu - VİDEO
Bizi izləyin

Tabloid.az

Aygün “O səs Türkiyə”nin duelində qalib oldu - VİDEO

Türkiyədə yaşayan azərbaycanlı müğənni Aygün İsmayılova Miyak “O səs Türkiyə” müsabiqəsində duelə çıxıb.

Publika.az axşam.az-a istinadən xəbər verir ki, Mazhar-Özkan cütlüyünü seçmiş Aygün Ezgi Delal adlı komanda yoldaşıyla Uitney Hyustonun repertuarından “How will I know” mahnısını səsləndirib.

Mazhar Alanson və Özkan sonda həmyerlimizi seçərək, yarışmaya onunla davam etmək istədiklərini deyiblər.

Sənətçinin həyat yoldaşı Haluk Mıyak yenə də Aygünə dəstək üçün gələnlər arasında olub.

Qeyd edək ki, Acun İlicalının aparıcılığı Türkiyənin “TV8” telekanalında yayımlanan proqramın münsiflər kürsüsündə müğənnilər Hadisə, Ebru Gündeş, Gökhan Özoğuz, Mazhar Alanson və Özkan oturub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm