Tabloid.az
Rəqsanə məhbusların həyat hekayəsini dinləyəcək
Müğənni Rəqsanənin çoxdan anons etdiyi televiziya layihəsi, nəhayət ki, reallaşacaq.
Publika.az-ın məlumatına görə, müğənni bu barədə jurnalistlərlə görüşərkən özü məlumat verib.
“Göz önündə” adlanan verilişdə üstünlüyü qadınlara verəcəyini deyən Rəqsanə onlara kömək edəcəyini bildirib:
“Qadınlar arasında şiddət görən, ailəsindən, yaxınlarından ayrı düşənlər var. Əsgərlərlə görüşümüz olacaq, hətta 4 əsgərimizi 5 günlük məzuniyyətə gətirmişəm. Eyni zamanda həbsxanalarda olan insanlarla görüşəcəm, həyat hekayələrini dinləyəcəm. Məndən şou xarakterli bir şey istədilər. Amma razı olmadım. O tip proqramların ömrü az olur”.
Öyrəndik ki, dekabrda yayımı nəzərdə tutulan veriliş dekorasiyaların hazır olmaması səbəbindən yubanıb. Onu da öyrəndik ki, dekorasiyalar Türkiyədən sifariş edilib.
Veriliş yanvarın ortalarında həftədə bir dəfə ATV-də yayımlanacaq. Proqramın aparıcısı Rəqsanə özü və qızı Aysun olacaq.
Rəqsanə xeyriyyə işlərinə görə onu qınayan həmkarlarını da cavabsız qoymayıb:
“Bəzi sənətkarlarımız var ki, çıxırlar efirə, sənin etdiyin yardıma bir qulp qoyurlar. Özün bunu bacarmırsan, bəs bizim gördüklərimizi niyə heç edirsən? Allah səs verib bizə, səsimizi satıb pul qazanırıq. Bu gün ən çox qazanan da müğənnilərdir. Gördüyüm işlərlə fəxr edirəm. Kim nə deyirsə desin, heç vaxt qudurmamışam, qudurmaram da. Bunları heç bir kişinin pulu ilə etmirəm, Allah şahiddir”.
Cəvahir
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO