Rafiq Hüseynov: “Dedilər, elə dəhşətli bir şey yoxdur”
Bizi izləyin

Tabloid.az

Rafiq Hüseynov: “Dedilər, elə dəhşətli bir şey yoxdur”

Xalq artisti, tanınmış diktor Rafiq Hüseynovun səhhəti normaldır.

Bu günlərdə Türkiyədən qayıdan tanınmış aparıcı bu barədə Publika.az-a danışıb: “Çoxları elə bilirdi ki, mən Türkiyəyə əməliyyat olunmaq üçün getmişdim, amma yox, müayinə olundum. Həkimlər analizlərə baxdılar və belə qərara gəldilər ki, gələn ay yenidən müayinəyə gedim. Əslində, həkimlər əməliyyatdan sonra həmin orqanda yenidən şişin yaranıb-yaranmamasından narahatlıq keçirirlər. Hər halda, ümidlə danışdılar və belə başa düşdüm ki, dəhşətli bir şey yoxdur”.

Rafiq Hüseynov onu da bildirdi ki, xəstəliyinə görə heç bir dərmandan istifadə etmir: “Bu xəstəliyə görə dərman təyin olunmur. Elə analizlər götürülür və müalicə başqa üsulla aparılır”.

Rafiq Hüseynov deyib ki, müalicəsini davam etdirmək üçün təxminən 20 gündən sonra yenidən Türkiyəyə gedəcək.

Aparıcı medianın ona göstərdiyi diqqətə görə minnətdarlıq etməyi də unutmadı.

Xatırladaq ki, Rafiq Hüseynov ağciyər xərçəngindən əziyyət çəkir. O, dekabrın 10-da Türkiyədə əməliyyat olunub. Həkimlər 4 saat çəkən əməliyyatla onun ağciyərinin üzərindəki şişi götürüblər.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm