Tabloid.az
Azərbaycanlı dirijor “Yevgeni Onegin” operasının musiqi rəhbəri oldu – FOTO
Vasili Safonov adına Rusiya Dövlət Akademik Filarmoniyası və Opera Teatrının böyük zalında P.Çaykovskinin “Yevgeni Onegin” operasının premyerası keçirilib.
Dahi rus bəstəkarının 175 illik yubileyinə həsr olunmuş premyera
Rusiyanın Mədəniyyət Nazirliyi və Safonov adına Dövlət Akademik
Filarmoniyasının təşkilatı dəstəyi ilə baş tutub.
Bu barədə Publika.az-a Əyyub Quliyev məlumat
verib.
Operanın musiqi rəhbəri - Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev, quruluşçu rejissoru Andrey Nogin, quruluşçu rəssamı Mariya Pavlova, işıq üzrə rəssamı Sergey Berejnoydur.
Əyyub Quliyev tamaşada Rusiya, Azərbaycan və Belarusun tanınmış
musiqiçilərinin iştirak etdiyini bildirib.
Tamaşada əsas rolları beynəlxalq müsabiqələr laureatı Sergey
Maydanov (Onegin), Rusiya Böyük Teatrın solisti İlya Qovziç
(Lenskiy), beynəlxalq müsabiqələr laureatları Yelena Filimonova
(Tatyana), Natalya Starkova (Olqa), Rusiyanın “Gelikon Opera” və
Böyük Teatrın solisti, Fyodor Şalyapin adına mükafatın laureatı
Mixail Qujov və başqaları ifa ediblər.
Tamaşada eyni zamanda Rusiya Akademik Filarmoniyasının xoru və
simfonik orkestri iştirak edib. Dinləyicilər böyük qismi operanı
ayaq üstə dinləyiblər.
Əsərin ifasından sonra səhnəyə dəvət olunan azərbaycanlı dirijor və
iştirakçı heyət uzun sürən alqışlara layiq görülüb.
Qeyd edək ki, dirijor Əyyub Quliyevin iştirakı ilə “Yevgeni Onegin”
operası ilə yanaşı, 2014-cü ildə Rusiyada A.Rubinşteynin “Demon”,
C.Verdinin “Traviata”, P.Çaykovskinin “İolanta” və Q.Donisettinin
“Sevgi şərbəti” operalarının premyeraları gerçəkləşib.
Cəvahir
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR