Roza Tağıyeva Rafiq Hüseynovdan danışdı – ÖZƏL
Bizi izləyin

Tabloid.az

Roza Tağıyeva Rafiq Hüseynovdan danışdı – ÖZƏL

Məşhur diktor, xalq artisti Roza Tağıyeva son zamanlar səhhətində ciddi problemlər olan həmkarı və keçmiş həyat yoldaşı Rafiq Hüseynovun səhhəti barədə danışıb.

Roza Tağıyeva Publika.az-a eksklüziv açıqlamasında bildirib ki, R.Hüseynovun səhhəti qaydasındadır:


“Maşallah, şükür Allaha, Rafiq müəllim lap yaxşıdır”.

Əməkdaşımızın “Rafiq müəllimin səhhəti ilə mütəmadi maraqlanırsınızmı” sualına xalq artisti belə cavab verib:


“Elə şey olar ki, biz bir-birimizlə maraqlanmayaq? Hansı əyyamda yaşayırıq? İnsan deyilik? İşdə də görürəm, lap yaxşıdır, narahat olmayın”.

Qeyd edək ki, Roza Tağıyeva dörd dəfə ailə qurmuş Rafiq Hüseynovun ilk həyat yoldaşıdır. R.Hüseynov səhhəti ilə əlaqədar yanvarın sonunda müayinə üçün yenidən Türkiyəyə gedəcək. Xatırladaq ki, əfsanəvi diktor ağciyər xərçəngindən əziyyət çəkir.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm