Mədəniyyət və Turizm Nazirliyində yeni təyinat
Bizi izləyin

Tabloid.az

Mədəniyyət və Turizm Nazirliyində yeni təyinat

Mədəniyyət və Turizm Nazirliyində ictimaiyyətlə əlaqələri, mətbuatla işi daha da səmərəli təşkil etmək məqsədilə nazirliyin Kollegiyasının qərarı ilə yeni İnformasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsi yaradılıb.

Publika.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, şöbənin tərkibinə İnformasiya, elektron media və resurslarla iş, İctimaiyyətlə əlaqələr və mətbuatla iş və Qeyri-hökumət təşkilatları ilə iş sektorları daxildir. Mədəniyyət və turizm nazirinin əmrinə əsasən, nazirliyin turizm şöbəsinin təbliğat sektorunun müdiri Vüqar Nurməmməd oğlu Şixəmmədov yeni şöbəyə müdir təyin edilib.

Yeni şöbənin yaradılması nazirlikdə bu sahədəki işlərin mərkəzləşməsinə, hal-hazırda çox aktual olan Qeyri-hökumət təşkilatları ilə əlaqələrin daha da yaxşılaşdırılmasına, mətbuat xidmətinin imkanlarının genişlənməsinə, informasiya resurslarının artırılmasına və səmərəli çalışmasına, nazirliyin respublikanın mədəni və ictimai həyatına daha da yaxından cəlb olunmasına imkan yaradacaq.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm