• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Rəvan Habiloğlu: “Azərbaycanda oğlanların çoxu qaşını alır”- ÖZƏL +VİDEO

Rəvan Habiloğlu: “Azərbaycanda oğlanların çoxu qaşını alır”- ÖZƏL  +VİDEO

Bir vaxtlar sevilən musiqiləri və ifaları ilə başına milyonlarla pərəstişkar toplayan Rəvan Habiloğlu hardadır, nə işlə məşğul olur, görəsən? Sənətçi nə mətbuatda, nə efirlərdə, nə də getdiyimiz şou-biznes tədbirlərində görünür. Sənətdən incik düşdüyünü bilirdik, çünki bunu özü də dəfələrlə bizə deyib. Amma son vaxtlar onu nə qədər axtarsaq da, tapa bilməmişdik. Xarici ölkələrin birində yaşadığı deyilən sənətçidən, nəhayət ki, xəbər ala bildik.

Publika.az xalq artisti, ustad sənətkar Habil Əliyevin oğlu, bir çox hitlərin müəllifi Rəvan Habiloğlunu axtarıb tapdı…

Mətbuatdan, insanlardan, efirlərdən inciyən sənətçi israrla müsahibə vermək istəmədiyini söylədi. Amma heç cürə inadımızdan əl çəkmədiyimizi görüb, sualları nəzakət xatirinə də olsa, cavablandırdı.

- Sizdən xəbər-ətər yoxdur, haralardasınız, niyə görünmürsünüz?

- Çoxdan idi ki, Bakıda deyildim. Azərbaycana yenicə gəlmişəm. Hazırda evimdəyəm, ailəmin içindəyəm. Başqa nə deyim ki…

- Yaradıcılıqla məşğul olursunuz?

- Yaradıcılıqdan uzaqlaşmışam. Hazırda bizneslə məşğul oluram.

- Azərbaycanda?

- Yox, başqa ölkədə. Bu barədə danışmaq istəmirəm.

- Xaraktercə duyğusal insan olduğunuzu bilirik. Hiss edirəm ki, yenə də inciksiniz, bu inciklik keçmədi?

- Mən sənətdən də, mətbuatdan da, efirlərdən də qaçıram və heç bir açıqlama və müsahibə vermək fikrində deyiləm. Buna görə də məndən inciməyin.

- Axı biz sizi çox istəyirik, yenidən sənətə qayıtmağınızı arzulayırıq. Niyə bu qədər küskünsünüz, sizi bezdirən, incidən nədir axı?

- Özünüz görmürsünüz, televiziyalar nə gündədir? Hansı telekanalı açırsan, əsəbiləşirsən. İnsanlara işgəncə vermək olmaz axı. Səsi, ifası olmayan oxuyanların sayı-hesabı yoxdur, aparıcılara baxırsan, əksəriyyəti xəstə, manyak. Ağızlarına nə gəldi danışırlar, bu xalqa qarşı nə qədər sayğısız davranmaq olar? Bu efirlərə bir qadağa qoyan lazımdır, insanların əsəbi ilə oynamaq olmaz. Belə bir vaxtda mən hansı efirə çıxım, hansı sənəti nümayiş etdirim?

- Amma sizi dinləmək, mahnılarınızı eşitmək arzusunda olan nə qədər heyranlarınız var, bəs onları niyə düşünmürsünüz?

- Sağ olsunlar, mən özüm də bilirəm ki, məni çox istəyirlər.

- Bəs onda yaradıcılığınızda verdiyiniz fasiləyə nə vaxt son qoyacaqsınız?

- Mənim musiqilərimə dəyər verən insanlardan sifariş alıb, mahnılar yazıram.

- 2015-ci ildən hansı uğurları gözləyirsiniz?

- Hansı uğurları gözləyəcəyəm ki? Mən başqalarının arzuladığı uğura çoxdan nail olmuşam.

- Yəni demək istəyirəm ki, bəlkə, 2015-ci ildə incikliyi bir kənara qoyub, heyranlarınızı sevindirəsiniz?..

- Mənim onlara bir sürprizim var, amma bu barədə qabaqcadan heç nə danışmayaq. Artıq mahnılar yazıram və o mahnıları müəyyən bir vaxtdan sonra eşidəcəksiniz.

- Nə vaxt?

- Təxminən iki aydan sonra.

- Hansı müğənnilərin ifasında eşidəcəyik o mahnıları?

- Elə özümün. Mən efirlərdə “8-8” oxuyanlara, qaşını alan, sırğa taxan oğlanlara mahnı verməmişəm, vermərəm də. Azərbaycanda oğlanların çoxu qaşını alır. Bu, biabırçılıqdır.

Cəvahir Səlimqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR